Ermənistan Azərbaycan qazına göz dikib “Bakı razı olsa...” | Icma.az
Icma.az, News24 portalına istinadən məlumat verir. Son vaxtlar Ermənistanda Azərbaycandan qaz alınması məsələsi mütəmadi olaraq müzakirə olu
Müxtəlif səviyyələrdə bu variant dəyərləndirilir, rəy və təkliflər səsləndirilir.
Maraqlıdır, ən son belə müzakirə Ermənistanı qazla təmin edən əsas mənbə - Rusiyanın “Qazprom” şirkətinin törəməsi olan “Qazprom Ermənistan” tərəfindən təşkil olunan tədbirdə aparılıb.
Ötən həftə baş tutan enerji təhlükəsizliyinə dair seminarda müxtəlif ekspertlər, “Qazprom Ermənistan”ın rəhbər şəxsləri iştirak ediblər.
Seminarda çıxış edən erməni eksperti Armen Manvelyan bildirib ki, “Qazax-İrəvan qaz kəməri işə salınsa belə, Azərbaycan çətin ki, sırf iqtisadi səbəblərdən Ermənistana qaz nəqlində maraqlı olsun”.
Onun sözlərinə görə, ümumilikdə ötən il Azərbaycan 30 milyard kubmetrə yaxın qaz hasil edib ki, bunun da 22 milyardı Gürcüstan ərazisindən keçən TANAP vasitəsilə ixrac edilib: “Qazın bir hissəsi Türkiyəyə (ildə 4-6 milyard kubmetr), yerdə qalan 16 milyard Yunanıstan və Bolqarıstana, digər hissəsi isə (8-10 milyard kubmetr) Trans-Adriatik Qaz Boru Kəməri vasitəsilə (TAP) İtaliyaya gedir.
Ermənistana nəzəri satış üçün Azərbaycanın əlavə qaz imkanları məhduddur: birincisi, onun özü neft hasilatı ehtiyacları da daxil olmaqla, təxminən 8 milyard kubmetr istehlak edir.
Buna Azərbaycanın özü qazı kifayət etmir və onun bir hissəsini Rusiyadan alır (açıq mənbələrə görə, ildə təxminən 1 milyard kubmetr).
Tam oxu
Xəbəri oxu