Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Ermənistan Azərbaycan qazına göz dikib “Bakı razı olsa...”

Ermənistan Azərbaycan qazına göz dikib “Bakı razı olsa...”

Icma.az, News24 portalına istinadən məlumat verir.

Son vaxtlar Ermənistanda Azərbaycandan qaz alınması məsələsi mütəmadi olaraq müzakirə olunur. Müxtəlif səviyyələrdə bu variant dəyərləndirilir, rəy və təkliflər səsləndirilir. Maraqlıdır, ən son belə müzakirə Ermənistanı qazla təmin edən əsas mənbə - Rusiyanın “Qazprom” şirkətinin törəməsi olan “Qazprom Ermənistan” tərəfindən təşkil olunan tədbirdə aparılıb. Ötən həftə baş tutan enerji təhlükəsizliyinə dair seminarda müxtəlif ekspertlər, “Qazprom Ermənistan”ın rəhbər şəxsləri iştirak ediblər. 

Seminarda çıxış edən erməni eksperti Armen Manvelyan bildirib ki, “Qazax-İrəvan qaz kəməri işə salınsa belə, Azərbaycan çətin ki, sırf iqtisadi səbəblərdən Ermənistana qaz nəqlində maraqlı olsun”. Onun sözlərinə görə, ümumilikdə ötən il Azərbaycan 30 milyard kubmetrə yaxın qaz hasil edib ki, bunun da 22 milyardı Gürcüstan ərazisindən keçən TANAP vasitəsilə ixrac edilib: “Qazın bir hissəsi Türkiyəyə (ildə 4-6 milyard kubmetr), yerdə qalan 16 milyard Yunanıstan və Bolqarıstana, digər hissəsi isə (8-10 milyard kubmetr) Trans-Adriatik Qaz Boru Kəməri vasitəsilə (TAP) İtaliyaya gedir. Ermənistana nəzəri satış üçün Azərbaycanın əlavə qaz imkanları məhduddur: birincisi, onun özü neft hasilatı ehtiyacları da daxil olmaqla, təxminən 8 milyard kubmetr istehlak edir. Buna Azərbaycanın özü qazı kifayət etmir və onun bir hissəsini Rusiyadan alır (açıq mənbələrə görə, ildə təxminən 1 milyard kubmetr). İkincisi, Azərbaycanın Avropa və Türkiyəyə ixracı artırmaq, hətta iki dəfə artırmaq öhdəliyi var. Avropa bazarı onlar üçün (Azərbaycan üçün - red) daha cəlbedicidir, çünki orada qiymətlər daha yüksəkdir. Məsələn, Türkiyəyə kubmetrini 290-320 dollara satırlar, Ermənistan isə Rusiyadan 165 dollara qaz alır”.

Öz növbəsində “Qazprom Ermənistan”ın baş direktoru Aşot Akopyan qeyd edib ki, sırf texniki baxımdan Qazax-İrəvanın bərpası tamamilə real işdir: “Sovet dövründə Ermənistan qazını bu qaz kəməri ilə alırdı. Texniki olaraq, boruların yenidən birləşdirilməsi zaman məsələsidir. Bunun üçün yeni texnoloji həllər tələb olunmur. Yerdə qalan məsələlər başqa müstəvidədir, nəinki sırf bazarla bağlıdır”. 

Akopyanın dediyinə görə, inkişaf etmiş sənaye sayəsində Sovet hakimiyyətinin son dövrlərində Ermənistan getdikcə daha çox qaz istehlak edib: 80-ci illərin sonu 90-cı illərin əvvəllərində - 6 milyard kubmetrə qədər. İndi bu istehlak yarıbayarı azalıb: hazırda Ermənistan Rusiyadan təxminən 2,3 milyard kubmetr (2023-cü ildə - 2 milyard 360,4 milyon kubmetr), həmçinin İrandan 300-400 milyon kubmetr (2023-cü ildə - 370,4 milyon kubmetr) qaz alır. Rusiyadan gələn qaz ümumi istehlak üçün, İrandan isə istilik elektrik stansiyalarının istismarı üçün istifadə olunur.

Rusiyadan qaz beynəlxalq bazar qiymətlərindən çox aşağı - 2030-cu ilə qədər hər min kubmetr üçün 165 ABŞ dolları olan sabit qiymətə alınır.

İrandan isə barter yolu ilə alınır: qaz istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalına yönəldilir. 1 kubmetr qazdan əldə olunan 4,5 kilovatt\saat enerjinin 3 kVt\saatı İranın şimal əyalətlərinə ötürülür, 1,5 kVt\saatı isə aztəminatlı əhaliyə verilir. 

Ermənistan istehlakçıları qazı aşağıdakı tariflərlə alırlar: sosial cəhətdən imkansız ailələr - min kubmetr üçün 100 min dram (257 dollar), digər ev təsərrüfatları - 143,7 min dram (370 dollar), kənd təsərrüfatı subyektləri - 233,9 dollar, 10 min kubmetrdən çox istehlak edən müəssisələr - 265,81 dollar.

Qeyd edək ki, Ermənistanın Azərbaycandan qaz alması məsələsi son 2 ildə aktiv müzakirə olunur. Azərbaycan Prezidenti İlham Əliyev bu ilin aprelində ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı  beynəlxalq forumda çıxışında bu variantı istisna etməyib: “Əgər Azərbaycanla Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoyulsa və lap yaxın zamanda sülh sazişi imzalansa, onda dayanıqlı sabitlik və təhlükəsizlikdən, region ölkələrinin əməkdaşlığından danışmaq olar.

Çünki əslində Cənubi Qafqaz ölkələrinin potensialı artıq məlumdur və biz hansı sahələrdə birgə işləyə biləcəyimizi də bilirik. Siz elektrik enerjisi sahəsini qeyd etdiniz və üç ölkənin potensialını düzgün müəyyən etdiniz. Bəli, elədir. Lakin əgər biz, məsələn, Azərbaycanla Gürcüstan arasında təbii qaz sahəsində əməkdaşlığı buraya əlavə etsək, görərik ki, o, qarşılıqlı şəkildə faydalıdır və bu gün Gürcüstan təbii qaz təchizatı sahəsində təhlükəsizliyini 100 faiz təmin edib. Gürcüstanda iqtisadiyyatın və sənayenin artımı nəticəsində istehlak da ilbəil artır. Biz təchizatımızı hər il artırırıq və hazırda, düşünürəm ki, o, artıq üç milyard kubmetrə çatıb. Gürcüstanın qaz təchizatının təxminən 100 faizini Azərbaycan təmin edir. Potensial qaydada xüsusən də, Gürcüstan üçün qaz qiymətinin çox əlverişli və güzəştli olmasını nəzərə alaraq, Ermənistan da Azərbaycan qazını ala bilər. Yaxınlıq, infrastruktur baxımından, əlbəttə ki, bu cür əməkdaşlıq təbii olardı".

Prezident bildirib ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizi haqqında danışanda, onu təkcə dəmir yolu və ya avtomobil yolu kimi görmür, o cümlədən onu potensial qaydada əlaqə, kabel kimi də görür: “Çünki elektrik kabellərindən biri əgər Ermənistandan keçərsə ixrac imkanlarımızı artıra bilər. Potensial qaydada, o, hətta qaz boru kəməri də ola bilər, çünki bu gün Naxçıvana təbii qazı təchiz etmək üçün biz İranla razılaşmamıza arxalanırıq. Yəni qaz Naxçıvana İran vasitəsilə gedir. Hazırda biz digər boru kəmərini çəkirik. Türkiyədən Naxçıvana gedən kəməri maliyyələşdiririk və o yolla Azərbaycan qazı nəqil olunacaq. Lakin bu, sol qulağınızı sağ əl ilə qaşımağa bənzəyir. Əgər o, Ermənistandan keçərsə, hamı üçün faydalı olar və əlbəttə ki, çox xərclərə qənaət etmiş olarıq. Bir çox digər məsələlər də bu cür çözülə bilər”.

Bu ilin sentyabrında İrəvanda keçirilən II Dünya Erməni Sammitində çıxış edən baş nazir Nikol Paşinyan sülh müqaviləsindən sonra Azərbaycandan qaz idxalı və ya tranzitinin mümkünlüyünü istisna etmədiyini bildirmişdi. Eyni zamanda o, Azərbaycandan Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəmərinin Ermənistan ərazisindən keçməsi variantını mümkün saymışdı.

Enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, ermənilərin müzakirələri Azərbaycanın mövqeyi olmadan heç bir əhəmiyyət kəsb etmir: “Ümumiyyətlə, erməni cəmiyyəti hətta mifik də olsa müzakirələri sevir. Ötən həftə keçirilən müzakirələrdə Azərbaycanın qaz istehsalı, ixracına dair məlumatların çoxu yanlışdır. Əvvəla, ötən il biz 30 deyil, 36,4 milyard kubmetr əmtəəlik qaz istehsal etmişik. Bu həcmin 23,8 milyard kubmetrini ixraca yönəltmişik. Ötən il Rusiyadan 1 milyard kubmetr deyil, 800 milyon kubmetr qaz almışıq, amma onun da 356 milyon kubmetrini sonradan Dağıstana qaytarıb nəql etmişik. Rusiyadan qazı özümüz də almamışıq: borulardakı profilaktik təmirə görə Gürcüstan və Ermənistana ixracı dayandırmışdılar. Əvəzində bizim ərazimizdən Qardabaniyə, oradan da Ermənistana və Gürcüstana paylanıb”. 

Ekspertə görə, Azərbaycan Ermənistana qaz verə bilər: “Belə baxanda düz deyirlər ki, Azərbaycan qazını 300-400 dollara satır, niyə ermənilərə daha ucuz versin ki? Ermənilər qazı Rusiyadan 165 dollara alırlar də... Amma Azərbaycanın Ermənistana qaz verməsi bu formada ola bilər ki, Naxçıvana onların ərazisindən boru çəkilsin, tranzit haqqının əvəzi qazla ödənsin - Gürcüstanda olduğu kimi. Naxçıvandan hələ Sovet dövründə İrəvana qədər 70 km uzunluğunda magistral qaz kəməri çəkilib, dairəvi infrastruktur yaradılmışdı. İndi də tranzit haqqı kimi hesablanan qaz həmin kəmərlə Ermənistanın digər ərazilərinə ötürülə bilər. Azərbaycandan Naxçıvana boru xətti çəkilərsə, Türkiyədə İğdırdan Naxçıvana çəkilməkdə olan qaz kəməri əks istiqamətdə işləyə bilər. Bu, imkan verər ki, Türkiyənin Şərq əyalətləri Naxçıvan ərazisindən Azərbaycan qazı alsın. Bunların hamısı uzunmüddətli perspektivə hesablanmış kommersiya layihələridir. Azərbaycan heç vaxt siyasi motivlə enerji layihəsi həyata keçirmir, sırf kommersiya yanaşması nümayiş etdirir. Ona görə də bundan sonra da istər İrandan, istər Ermənistandan, istər Rusiyadan, istərsə Xəzərin o tayından olsun, hansısa idxal-ixracda kommersiya maraqları əsas götürüləcək. Bu baxımdan, əgər Ermənistana qaz veriləcəksə, bu addım sıra kommersiya maraqları baxımından dəyərləndirilib atılacaq”.

Yeri gəlmişkən, son vaxtlar Azərbaycandan Ermənistana qaz satışı məsələsi Rusiya mətbuatı tərəfindən mütəmadi gündəmə daşınır. Ermənistan rəsmilərinə bununla bağlı sualların müəllifi də adətən Rusiya mənşəli media quruluşlarının əməkdaşlarından gəlir. Belə görünür ki, Rusiya artıq Azərbaycanı Ermənistanın qaz bazarında özünə rəqib kimi görür və müxtəlif şəxslərin dili ilə özünün İrəvanın qaz təchizatındakı əvəzedilməz rolunu da bu səbəbdən mümkün qədər tez-tez səsləndirir. Rusiyada aydın bilirlər ki, Azərbaycanın yaxın bir neçə ildə qaz ixracı imkanları ciddi şəkildə artacaq və Ermənistanı tam təmin etməyə imkan yaranacaq. Buna görə də Rusiya qazının ermənilər üçün əvəzsiz olduğuna dair fikirləri önə çəkirlər.

Rəsmi statistikaya əsasən bu ilin 8 ayında Azərbaycan Rusiyadan 26 milyon 204,85 min dollar dəyərində  141 milyon 647,86 min kubmetr qaz idxal edib. Eyni dövrdə Türkmənistandan idxal 48 milyon 913,77 min dollar dəyərlə 326 milyon 91,77 min kubmetr təşkil edib. 

Ötən  ilin eyni dövründə Rusiyadan 143 milyon 225,18 min dollar dəyərində 800 milyon 665,76 min kubmetr, Türkmənistandan isə 172 milyon 963,95 min dollar dəyərində 1 milyard 215 milyon 579,81 min kubmetr qaz alınmışdı.

//Yeni Müsavat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Noyabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see741

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see318

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see305

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see298

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see269

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see258

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see257

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see251

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see248

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see243

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see241

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see223

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see222

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see216

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see197

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see195

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see190

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see184

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri