Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa və eyni zamanda ATƏT-in Minsk Qrupunu buraxmağa hazırdır.
Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan parlamentində baş nazir Nikol Paşinyan bəyan edib.
“Biz Azərbaycanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı irəli sürdüyü gündəliyi başa düşürük.
Əgər biz Qarabağ münaqişəsi səhifəsini bağlayırıqsa – ki, biz onu bağlayırıq – o zaman bu münaqişənin tənzimlənməsi ilə məşğul olan format nəyə lazımdır?
Lakin Minsk Qrupu de-fakto daha geniş kontekstə malikdir və biz əmin olmaq istəyirik ki, Azərbaycan bu addımı ərazisindəki münaqişənin bağlanması və onun Ermənistana köçürülməsi kimi qəbul etmir.
Biz təklif edirik ki, sülh sazişi imzalanaraq, eyni gündə ATƏT-in Minsk Qrupu da buraxılsın”, – deyə Paşinyan bildirib.
Paşinyan həmçinin qeyd edib ki, Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbi əsassızdır, çünki Ermənistan Konstitusiya Məhkəməsinin qərarına əsasən ölkənin əsas qanunu Bakıya qarşı ərazi iddiaları ehtiva etmir.