Icma.az
close
up
RU
Ermənistan Bakı ilə sülh sazişi imzalamağa hazır olduğunu bildirib

Ermənistan Bakı ilə sülh sazişi imzalamağa hazır olduğunu bildirib

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa və eyni zamanda ATƏT-in Minsk Qrupunu buraxmağa hazırdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan parlamentində baş nazir Nikol Paşinyan bəyan edib.

“Biz Azərbaycanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı irəli sürdüyü gündəliyi başa düşürük. Əgər biz Qarabağ münaqişəsi səhifəsini bağlayırıqsa – ki, biz onu bağlayırıq – o zaman bu münaqişənin tənzimlənməsi ilə məşğul olan format nəyə lazımdır? Lakin Minsk Qrupu de-fakto daha geniş kontekstə malikdir və biz əmin olmaq istəyirik ki, Azərbaycan bu addımı ərazisindəki münaqişənin bağlanması və onun Ermənistana köçürülməsi kimi qəbul etmir. Biz təklif edirik ki, sülh sazişi imzalanaraq, eyni gündə ATƏT-in Minsk Qrupu da buraxılsın”, – deyə Paşinyan bildirib.

Paşinyan həmçinin qeyd edib ki, Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbi əsassızdır, çünki Ermənistan Konstitusiya Məhkəməsinin qərarına əsasən ölkənin əsas qanunu Bakıya qarşı ərazi iddiaları ehtiva etmir. O, bir daha sülh sazişi imzalamağa hazır olduğunu təsdiqləyib: “Ermənistan və Azərbaycan xalqları sülhə layiqdir, müharibəyə yox”, - deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan bildirib ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq bəndləri dəyişdirməlidir və əsas qanundan Qarabağa dair qeyd olan istinadı çıxarmalıdır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Aprel 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri