Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Doğum səviyyəsi enir, miqrasiya artır, kəndlər boşalır Dövlət müstəqilliyinin bərpasından ötən 34 ildə Ermənistanda mövcud olan demoqrafik vəziyyəti birmənalı şəkildə “demoqrafik böhran” kimi xarakterizə etmək olar.
Bu böhran işğalçı keçmişə malik ölkə üçün indi həm siyasi, həm sosial, həm də iqtisadi ölçüdə ciddi problemə çevrilib, onun gələcək inkişafına böyük təhdidlər yaradır.
Ölkədə əhalinin sayının azalması tendensiyası son illər daha da sürətlənib.
Doğum səviyyəsinin aşağı düşməsi, ölüm hallarının artması və miqrasiyanın kütləvi hal alması vəziyyəti daha da ağırlaşdırır.
Xüsusilə gənc və əmək qabiliyyətli əhali ölkəni tərk edir. Bu isə həm əmək bazarını daraldır, həm də sosial strukturda dərin boşluqlar yarad
Region ölkələri arasında ən zəif demoqrafik göstəricilərə malik olan Ermənistan gələcək inkişaf baxımından təhlükəli məqama çatıb.
Rəsmi İrəvanın həyata keçirdiyi sosial proqramlar isə real nəticə vermir.