Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hər bir halda, baş verənlər bütün Cənubi Qafqaz üçün risk və imkanlar yaradırErmənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanması Cənubi Qafqaz regionunda sabitliyə xidmət etmir.
Heç şübhəsiz, Bayden administrasiyasının belə addımları rəsmi Vaşinqtonun bu regionla bağlı siyasətinə zərbə vurur.
Hakimiyyətdən getmək ərəfəsində olan bu administrasiyanın yanlış siyasəti ABŞ üçün yaxşı heç nə vəd etmir.
Sazişdə Azərbaycanın milli maraqlarına zidd olan məqamlar var. Sənəddə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir.
Çünki belə bir inzibati ərazi vahidi yoxdur.Azərbaycan 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkən zaman ABŞ işğalçı Ermənistana qarşı heç bir addım atmadı.
Hansı ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri idi. Həmin dövrdə ABŞ və digər həmsədrlər təcavüzkarı heç vaxt öz adı ilə çağırmayıbla
Özünü dünyada beynəlxalq hüququn, insan haqlarının əsas qoruyucusu kimi təqdim edən ABŞ işğaldan əziyyət çəkən Azərbaycana heç vaxt ciddi də