Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Ermənistan dövləti başını qaldırmamış payını almalıdır POLİTOLOQ

Ermənistan dövləti başını qaldırmamış payını almalıdır POLİTOLOQ

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 Hər bir halda, baş verənlər bütün Cənubi Qafqaz üçün risk və imkanlar yaradır


Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanması Cənubi Qafqaz regionunda sabitliyə xidmət etmir. Heç şübhəsiz, Bayden administrasiyasının belə addımları rəsmi Vaşinqtonun bu regionla bağlı siyasətinə zərbə vurur. Hakimiyyətdən getmək ərəfəsində olan bu administrasiyanın yanlış siyasəti ABŞ üçün yaxşı heç nə vəd etmir. Sazişdə Azərbaycanın milli maraqlarına zidd olan məqamlar var. Sənəddə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir. Çünki belə bir inzibati ərazi vahidi yoxdur.


Azərbaycan 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkən zaman ABŞ işğalçı Ermənistana qarşı heç bir addım atmadı. Hansı ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri idi. Həmin dövrdə ABŞ və digər həmsədrlər təcavüzkarı heç vaxt öz adı ilə çağırmayıblar, əksinə verdikləri bəyanatlarda işğalçı Ermənistanın maraqlarına uyğun olub. Özünü dünyada beynəlxalq hüququn, insan haqlarının əsas qoruyucusu kimi təqdim edən ABŞ işğaldan əziyyət çəkən Azərbaycana heç vaxt ciddi dəstək nümayiş etdirməyib. Əksinə, Konqres tərəfindən qəbul olunmuş 907-ci düzəliş ölkəmizə qarşı ədalətsizliyin bariz nümunəsidir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Bayden administrasiyası daim ölkəmizə qərəzli mövqe sərgiləyib. Dövlət katibi Blinken isə özünü “sülh göyərçini” kimi təqdim etmək istəyirdi. Buna baxmayaraq, Dövlət Departamenti dəfələrlə Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirib. Ona görə də, rəsmi Bakı Blinken tərəfindən son vaxtlarda irəli sürülən vasitəçilik təkliflərini qəbul etməyib. Çünki Ermənistanın tərəfini saxlayan Bayden-Blinken cütlüyü heç vaxt ədalətli sülhün tərəfdarı ola bilməz. Artıq bir neçə günə öz postunu tərk edəcək Antoni Blinken son anda belə öz dövlətinə və Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraq və mənafelərinə zərbə vurmaqdan, iqtidara gəlmiş Donald Tramp komandası üçün minalanmış sahələrin coğrafiyasını daha da genişləndirməkdən çəkinmir. Bayden administrasiyası Yaxın Şərq, Afrika, Latın Amerikası, Avropa – bir sözlə dünyanın bütün bölgələrində qanlı qarşıdurmaların, üsyanların, qətliamların, milyonlarla insanın qaçqına çevrilməsinin və öz yurd-yuvasından didərgin düşməsinin, siyasi və iqtisadi sistemlərin çökməsinin, bütöv ölkələrin parçalanıb dağılmasının, onların xalqlarının faciələr yaşamasının səbəbkarıdır. Bu bəlaların əsas müəllifi yaşı səbəbindən anlaqsız duruma düşmüş prezident Co Baydendən daha çox özünü dünyaya sülhpərvər, mələk qiyafəsində təqdim edən, əslində isə yalançılıq, xəyanət, riyakarlıq və bu kimi mənfi keyfiyyətlərin daşıyıcısı olan Antoni Blinkendir. Beləliklə, Bayden administrasiyası Amerika xalqı üçün mənfi siyasi miras qoyaraq hakimiyyətdən gedir. 


Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər doktoru Zaur Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ və Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq xartiyası Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına birbaşa zərbədir. Ekspertin sözlərinə görə, əgər ABŞ dövlət katibi E.Blinken doğrudan da, Qafqazda sülh istəsəydi, Bakı və İrəvan arasında sənədin imzalanmasını gözləyər, daha sonra haylarla nə istəsələr edərdilər: 

"Bayden administrasiyası ötən ilin sonuna qədər yarımçıq sülh müqaviləsinin imzalanmasını israrla istəyirdi. Niyəsi məlumdur. Ermənistan silahlı qüvvələrinin təlimlərinin  və hərbi texniki imkanlarının artırılmasına yardım da Vaşinqtonun üzərinə götürdüyü funksiyalardan biridir. Eyni zamanda, Ermənistanda güc strukturlarına ABŞ tərəfindən təlimlərin keçirilməsi də ciddi məsələdir. Belə tərəfdaşlıq hərbi və iqtisadi islahatlarda ABŞ-dən maliyə yardımı almağı nəzərdə tutur. Bu, mümkün hər hansı münaqişəyə Amerika ordusunun birbaşa müdaxiləsi demək deyil. Lakin Ermənistanın dünyanın iqtisadi, siyasi və hərbi imkanlarına görə nəhəng dövləti ABŞ ilə strateji tərəfdaşlıq haqqında sənədi imzalamasının siyasi-mənəvi statusu əhəmiyyətlidir. Beləcə, hələ 1919-cu ildə ABŞ üçün xüsusi maraq kəsb etməyə başlayan Qərbi Zəngəzur torpaqlarının təhlükəsizliyinin qorunması, oradakı kommunikasiya -  nəqliyyat xətlərinin gələcək aqibəti Vaşinqtonun birbaşa çətiri altına keçə bilər. Ümumiyyətlə isə, Ermənistan və PKK, YPG, PYD arasında əlaqələrin möhkəmləndirilməsi, sərhədlərdə ABŞ və NATO hərbçilərinin yerləşdirilməsi, kibertəhlükəsizlik, sputnik və kəşviyyat texnologiyaları ilə haylara yardım və s. kimi hallar Türkiyə və Azərbaycan da daxil olmaqla bütün region dövlətləri üçün təhdiddir".


Analitikə görə, Rusiya və İran üçün ciddi çağırış olan bu saziş fonunda ölkəmizi dəfələrlə təhdid edən cənub qonşumuzun İranın reaksiyası məsələlərlə bağlı Tehranın mövqeyini açıq-aşkar göstərmiş olacaq: 

"Sözsüz, əgər bu reaksiya sərt olmasa, Azərbaycan ictimaiyyətində ciddi gülüş obyektinə çevriləcək. Öz növbəsində, əminəm ki, qonşuların dişsizliyi, ABŞ və Ermənistanın isə çevik davranışları fonunda, Azərbaycan regional sabitlik və ilk növbədə dövlət təhlükəsizliyinin qorunması üçün Zəngəzur mövzusunu özü həll edəcək. Bu, ABŞ və Rusiya ilə dialoqdan tutmuş, digər resursların  işə salınmasına  qədər bütün versiyaların nəzərdən keçirilməsi ilə nəticələnə bilər. Top Donald Trampdadır. Görək, buradakı məsələlərə onun reaksiyası necə olacaq. Risklər isə bunlardır. Ermənistan arxasında Qərbin monitotinq missiyasının olmasından və ABŞ ilə məlum sazişin olmasınından istifadə edərək şərti sərhədlərdə təxribat törədərək Azərbaycandan revanş almaq üçün hərəkətə keçə bilər. Mümkün müharibədə Ermənistana hərbi - texniki dəstək, maliyə yardımı edilə bilinər. Eyni zamanda, digər bütün yardımlar.  ABŞ Tramp dövründə olmasa belə, gələcəkdə erməni diasporasının təsiri və öz milli maraqlarını əsas gətirərək Cənubi Qafqazda Ermənistanın genişləndirilməsi üçün bütün variantlara əl ata bilər. Bütün bunların baş verməməsi üçün Ermənistan dövləti başını qaldırmamış payını almalıdır. Hər bir halda, baş verənlər bütün Cənubi Qafqaz üçün risk və imkanlar yaradır. Risklərin bizim üçün yeni imkanlara çevrilməsi həllini tapmalı olan birinci dərəcəli məsələ olacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Yanvar 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri