Ermənistan İran elektrik verilişi xətti bu il istismara verilə bilər

03.02.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan-İran elektrik verilişi xəttinin çəkilməsi işləri 85 % hazırdır və 2026-cı ildə istismara veriləcəyi gözlənilir.

"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bu gün keçirilən mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, Ermənistanın təkcə İranla deyil, həm də digər qonşu ölkələrlə - Türkiyə, Azərbaycan və Gürcüstanla enerji sistemlərinin sinxronlaşdırılması real hesab edilir.

Nazir qeyd edib ki, hazırda sinxronlaşdırma üçün texniki maneələr yoxdur, lakin layihənin həyata keçirilməsinin konkret müddəti hələ müəyyənləşdirilməyib: "Enerji sistemlərinin sinxronlaşdırılması təkcə prioritet deyil, o, həm də elektrik enerjisinin idxalı və ixracı baxımından kommersiya əhəmiyyətinə malikdir və bütün enerji sisteminin dayanıqlığını təmin edir. Birləşdirilmiş enerji şəbəkələri qarşılıqlı olaraq sabitlik səviyyəsini artırır".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью