Ermənistan İran elektrik verilişi xətti bu il istismara verilə bilər
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan-İran elektrik verilişi xəttinin çəkilməsi işləri 85 % hazırdır və 2026-cı ildə istismara veriləcəyi gözlənilir.
"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bu gün keçirilən mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, Ermənistanın təkcə İranla deyil, həm də digər qonşu ölkələrlə - Türkiyə, Azərbaycan və Gürcüstanla enerji sistemlərinin sinxronlaşdırılması real hesab edilir.
Nazir qeyd edib ki, hazırda sinxronlaşdırma üçün texniki maneələr yoxdur, lakin layihənin həyata keçirilməsinin konkret müddəti hələ müəyyənləşdirilməyib: "Enerji sistemlərinin sinxronlaşdırılması təkcə prioritet deyil, o, həm də elektrik enerjisinin idxalı və ixracı baxımından kommersiya əhəmiyyətinə malikdir və bütün enerji sisteminin dayanıqlığını təmin edir. Birləşdirilmiş enerji şəbəkələri qarşılıqlı olaraq sabitlik səviyyəsini artırır".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 03 Fevral 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















