Ermənistan İranla ticarət əməliyyatlarını artırmaq istəyir

25.03.2025

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Ermənistan İranla illik ticarət dövriyyəsinin dəyərini 3 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.
Sfera.az “Report”a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan İrəvanda iranlı həmkarı Abbas Əraqçi ilə birgə keçirdiyi brifinqdə bildirib.
 

Onun sözlərinə görə, ötən il iki ölkə 755 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.
 

A.Mirzoyan qeyd edib ki, tərəflər həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında azad ticarət zonası haqqında saziş məsələsinə toxunublar. Qeyd edilib ki, bu, iki ölkə arasında ticarətin artması üçün əlavə imkan olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью