Ermənistan İranla ticarət əməliyyatlarını artırmaq istəyir
Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.
Ermənistan İranla illik ticarət dövriyyəsinin dəyərini 3 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.
Sfera.az “Report”a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan İrəvanda iranlı həmkarı Abbas Əraqçi ilə birgə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, ötən il iki ölkə 755 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.
A.Mirzoyan qeyd edib ki, tərəflər həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında azad ticarət zonası haqqında saziş məsələsinə toxunublar. Qeyd edilib ki, bu, iki ölkə arasında ticarətin artması üçün əlavə imkan olacaq.
Bu mövzuda digər xəbərlər:İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
19 Avqust 2026 01:51
ABŞ qüvvələri İranla bağlı dəniz əməliyyatlarını genişləndirib CENTCOM
12 İyun 2026 18:07
Ermənistan İranla strateji tərəfdaş olmaq istəyir
12 Fevral 2026 22:18
Ermənistan İranla strateji tərəfdaşlıq sənədini imzalamaq istəyir
25 Dekabr 2025 15:58
Ermənistan əhalisini ikiqat artırmaq istəyir
14 İyul 2026 15:54
Baxış sayı:214
Bu xəbər 25 Mart 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















