Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hayların ədliyyə naziri yeni konstitusiyanın hazırlanmasının vacibliyini bildirib Yanvarın 14-də 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında ədliyyə naziri S.Qalyan deyib ki, bizim əsas vəzifəmiz seçkilərə qədər yeni konstitusiyanın mətnini hazırlamaqdır.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək.
Hayastan rəsmiləri konstitusiyanın dəyişdirilməsinin vacibliyini bundan əvvəl də bir neçə dəfə dilə gətiriblər.
Amma, sadəcə, dilə gətiriblər, əməli işə keçilməsi barədə isə hələ ki, susqunluqdur.
Xatırladaq ki, ötən il baş nazir Nikol Paşinyan tamamilə yeni konstitusiya layihəsi hazırlamaq üçün komissiya yaradılması barədə sərəncam imzalayıb.
2024-cü il yanvarın 19-da ədliyyə nazirliyində keçirilən müşavirədə baş nazir deyib ki, ölkəsinin “demokratik legitimliyinin və yaşarlığının təmin edilməsi üçün” konstitusiya islahatına yox, tamamilə yeni konstitusiyaya ehtiyacı var.
O bildirib ki, Ermənistanın xalq tərəfindən səs verilmiş konstitusiyası olmalıdır.