Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Ermənistan Konstitusiyasını nə vaxt dəyişdirəcək?

Ermənistan Konstitusiyasını nə vaxt dəyişdirəcək?

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hayların ədliyyə naziri yeni konstitusiyanın hazırlanmasının vacibliyini bildirib

Yanvarın 14-də 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında ədliyyə naziri S.Qalyan deyib ki, bizim əsas vəzifəmiz seçkilərə qədər yeni konstitusiyanın mətnini hazırlamaqdır.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək. Hayastan rəsmiləri konstitusiyanın dəyişdirilməsinin vacibliyini bundan əvvəl də bir neçə dəfə dilə gətiriblər. Amma, sadəcə, dilə gətiriblər, əməli işə keçilməsi barədə isə hələ ki, susqunluqdur.  

Xatırladaq ki, ötən il baş nazir Nikol Paşinyan tamamilə yeni konstitusiya layihəsi hazırlamaq üçün komissiya yaradılması barədə sərəncam imzalayıb. 2024-cü il yanvarın 19-da ədliyyə nazirliyində keçirilən müşavirədə baş nazir deyib ki, ölkəsinin “demokratik legitimliyinin və yaşarlığının təmin edilməsi üçün” konstitusiya islahatına yox, tamamilə yeni konstitusiyaya ehtiyacı var. O bildirib ki, Ermənistanın xalq tərəfindən səs verilmiş konstitusiyası olmalıdır. 

Baş nazir ötən il ərzində bir neçə dəfə ana qanunun dəyişdirilməsini vurğulayıb və bunu vacib edən şərtləri sadalayıb. Paşinyanın sülhə hazır olması ilə bağlı açıqlamaları, şübhəsiz ki, müsbət siqnaldır, amma, bu, kifayət deyil. Çünki hələ də konkret addımlar atılmayıb. 

Bu arada nəzərə çatdıraq ki, Ermənistanın ilk konstitusiyası 1995-ci il iyulun 5-də keçirilmiş referendum nəticəsində qəbul olunub. Bu, 1-ci prezident Levon Ter-Petrosyanın vaxtına (1991-1998) təsadüf edib.

Qeyd edildiyi kimi, konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Müstəqillik bəyannaməsinə istinad var, sənəddə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın tərkib hissəsi elan olunub. Sonralar Ermənistanda konstitusiyaya dəyişikliklə əlaqədar 2005 və 2015-ci illərdə referendum keçirilib. 

Hər iki referendum zamanı Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik bəyannaməsinə istinad olduğu kimi saxlanılıb. Məlumdur ki, Ermənistanın hazırki konstitusiyasında qonşu dövlətlərə ərazi iddiasını əks etdirən bir sıra bəndlər yer alıb. Müstəqil Ermənistanda ilk illərdə hakimiyyətdə olan siyasi qüvvələr özgə torpaqlarına göz dikərək, ərazi iddialarını əsas qanuna salmışdılar. Bu baxımdan, Paşinyan dəyişikliyi labüd hesab edir və anlayır ki, bunu etmədən regionun aparıcı qüvvələri olan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq qeyri-mümkündür. Başqa ehtimallar da var. Çox güman ki, Paşinyan yeni konstitusiya ilə digər siyasi qüvvələrin, xüsusən də erməni cəmiyyətində aparıcı mövqeyə sahib olan kilsənin ölkədəki rolunu zəiflətməyə cəhd edəcək.

2025-ci ildə də yeni konstitusiyanın qəbulu məsələsi erməni cəmiyyətinin gündəmində əsas müzakirə mövzusudur. Ekspertlər bildirirlər ki, konstitusiya dəyişikliyini qaçılmaz edən bir neçə səbəb var və ona görə əvvəl-axır, bu, həyata keçirilməlidir. Əsas səbəb Azərbaycan ilə imzalanacaq sülh müqaviləsinə hazırlaşmaqla bağlı ola bilərmi? Yoxsa yenə də ermənilərin başqa məkrli planları var? Bəlkə üzdə özlərini humanist göstərib saman altından su yeritmək istəyirlər. 

***

Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov mövzu ilə bağlı XQ-yə bildirdi ki, Ermənistan rəhbərliyində konstitusiyanın dəyişdirilməsi ilə bağlı planlar var: “Yeni konstitusiya Ermənistanın yeni dövlət tarixi ilə bağlı olacaq. Hərçənd biz bilirik ki, qondarma dövlət tarixi Azərbaycan torpaqları üzərində qurulub. Nikol Paşinyan bu qondarma dövləti xilas etmək istəyir. O, öz aləmində Ermənistan dövlətçiliyi və xalqı tarixində yeni səhifəni açmaq arzusundadır. Güman edirəm ki, yeni konstitusiyada Ermənistanın Avropa İttifaqına inteqrasiyası məsələsi də əsas götürüləcək. Eyni zamanda, yeni konstitusiyada həm dövlət atributları, həm də Ermənistan əraziləri ilə bağlı konkret və yeni baxış bucağı ortaya qoyulacaq. Əlbəttə ki, Azərbaycanın tələbi burada əsas götürülməlidir və buna uyğun addımlar atılmalıdır. İndiki məqamda Ermənistan rəsmilərinin konstitusiya dəyişikliyi ilə bağlı açıqlama vermələri onların qorxu hissi keçirmələri ilə bağlıdır. Aİ-nin müşahidə missiyasının müddətinin daha iki il uzadılması ilə bağlı söz-söhbət gəzir. Məxfi şəkildə ABŞ ilə strateji əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Bütün bunlar onu göstərir ki, Ermənistan bir tərəfdən müdafiə, digər tərəfdən hücum xarakterli planlarını hazırlamaqdadır”. 

Z.Məmmədov əlavə etdi ki, konstitusiya dəyişikliyi 2026-cı ildə keçiriləcək parlament seçkilərindən əvvələ planlaşdırılıb. Hərçənd ki, bu, 2027-ci ildə nəzərdə tutulub. Onların tələskənliyinin səbəbi məlum deyil. Hər halda yaxın aylardakı proseslərdən hər şey məlum olacaq. 

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Ermənistanın militarizasiya və silah yarışı siyasəti regional sülh və təhlükəsizliyə təhdiddir. Sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları götürülməlidir. Ermənistan tərəfindən konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır.

Dövlətimizin başçısı yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bir daha bu məsələyə toxunub. Ümid etdiyini bildirib ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək: “Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri”. 

Əlbəttə, Azərbaycanın Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi heç də sülh prosesini ləngitmək məqsədi daşımır. Bakının mövqeyi Ermənistandan keçmişdə gələn təhdidlərin təkrarlanmasının qarşısını almaq istəyinə əsaslanır. Erməni ana qanununun dəyişdirilməsi uzunmüddətli sülhün təminatıdır və bu, mütləqdir.

Göründüyü kimi, Paşinyan hakimiyyəti ciddi sınaqlar qarşısındadır. Mövcud durumun Azərbaycanla aparılan sülh prosesinə mənfi təsiri özünü göstərməkdədir. Dəqiq nəsə demək çətindir: Paşinyan hökuməti konstitusiya dəyişikliyinə nail ola biləcək, ya yox. Bunu yaxın tarix göstərəcək. Ermənistan sabitqədəm dövlət deyil, hər an hər şey baş verə bilər. Hər halda Paşinyan buna çalışır və reallıqları cəmiyyətə çatdırır. Əgər İrəvan sülh istəyirsə, qonşuları ilə əmin-amanlıq şəraitində yaşamağı arzulayırsa, o zaman baş qanunlarını dəyişməlidir.  

Azər MUSTAFAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Yanvar 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri