Ermənistan minaladığı ərazilərin xəritələrini təqdim etməyə məcbur edilməlidir Bəhruz Quli…
Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Ermənistan minaladığı ərazilərin xəritələrini təqdim etməyə məcbur edilməlidir" - Bəhruz Quliyev "Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində torpaqlarını işğaldan azad etdi.
Bundan sonra ölkəmiz üçün məsələnin siyasi yolla tənzimlənməsi mərhələsi başladı".
Bunu Sonxeber.az-a danışan SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.
Bəhruz Quliyev qeyd edib ki, Vətən Müharibəsinin başa çatmasından bir neçə il keçsə də, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etmək istəmir: "Səbəb isə Ermənistanın bizim itkilərimizin sayının çox olmasını istəməsidir.
Məlumdur ki, gün keçdikcə minaya düşərək həlak olan vətəndaşlarımızın sayı artır.
Azad olunmuş əraziləri minalardan təmizləmək üçün isə uzun illər lazımdır.
Postmüharibə dövründə minalanmış sahələrin xəritəsinin qarşı tərəfə təqdim edilməməsi hərb qanunlarına, eyni zamanda beynəlxalq hüquqa ziddir.
Tam oxu
Xəbəri oxu