Icma.az
close
up
RU
Ermənistan minaladığı ərazilərin xəritələrini təqdim etməyə məcbur edilməlidir Bəhruz Quliyev

Ermənistan minaladığı ərazilərin xəritələrini təqdim etməyə məcbur edilməlidir Bəhruz Quliyev

Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ermənistan minaladığı ərazilərin xəritələrini təqdim etməyə məcbur edilməlidir" - Bəhruz Quliyev

"Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində torpaqlarını işğaldan azad etdi. Bundan sonra ölkəmiz üçün məsələnin siyasi yolla tənzimlənməsi mərhələsi başladı". 

Bunu Sonxeber.az-a danışan SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib
.

Bəhruz Quliyev qeyd edib ki, Vətən Müharibəsinin başa çatmasından bir neçə il keçsə də, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etmək istəmir:

"Səbəb isə Ermənistanın bizim itkilərimizin sayının çox olmasını istəməsidir. Məlumdur ki, gün keçdikcə minaya düşərək həlak olan vətəndaşlarımızın sayı artır. Azad olunmuş əraziləri minalardan təmizləmək üçün isə uzun illər lazımdır. Postmüharibə dövründə minalanmış sahələrin xəritəsinin qarşı tərəfə təqdim edilməməsi hərb qanunlarına, eyni zamanda beynəlxalq hüquqa ziddir. Ermənistan minalanmış ərazilərinin xəritəsini təhvil verməməklə növbəti dəfə hərbi cinayət törədir.

Erməni terrorizmi beynəlxalq səviyyədə tanınır. Onlar Qarabağ­dan çıxarkən daha çox ərazini mi­nalayıblar. Artıq bununla bağlı mə­lumatlar da var. Onu da qeyd etmək lazımdır ki, bütün bu hadisələrin məsuliyyəti Ermənistan dövlətinin üzərindədir. Minalar Ermənistan­dan gətirilib, onu yerləşdirənlər er­mənilərdir. Elə bir beynəlxalq kon­vensiya yoxdur ki, Ermənistan onu pozmasın".

Deputat vurğulayıb ki, Ermənistan məqsədyönlü şəkildə bundan imtina edir:

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalarla bərabər, təmizlənməsi kifayət qədər çətin olan tələlər də qurulub. Bu da minalardan təmizləmə əməliyyatına mane olur. İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritetdir və bərpa prosesinin vacib bir hissəsidir.

Beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritəsini vermək üçün Ermənistana təzyiq göstərməlidir. Ermənistan minaladığı ərazilərin xəritələrini təqdim etməyə məcbur edilməlidir".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 16 Dekabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri