“Ermənistan “müharibə komandası”ndan, revanşistlərdən canını qurtarmalıdır”

27.11.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ermənistan “müharibə komandası”ndan, revanşistlərdən canını qurtarmalıdır. Köçəryan, Sərkisyan, Ohanyan kimi cinayətkarlardan qurtulmaq Ermənistanın özünün təhlükəsizliyi baxımından olduqca vacibdir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.  Millət vəkili qeyd edib ki, rəsmi İrəvan, eləcə də erməni toplumu revanşizmə qarşı sərt mövqe nümayiş etdirməli, Azərbaycanın sülh səylərini birmənalı şəkildə dəstəkləməlidir:

“Müharibə tərəfdarlarının, revanşistlərin mövcudluğuna, təxribatçı bəyanatlarına göz yummaq, onların fəaliyyətini məhdudlaşdırmamaq Emənistanın təhlükəsizliyi və mövcudluğu üçün ciddi risk yaradır. Buna görə də, Ermənistan bu canilərlə vidalaşmalı, revanşist qüvvələrə qarşı sərt tədbirlər görməli və Azərbaycanın sülh səylərini dəstəkləməklə özünün və regionun təhlükəsizliyinə töhfə verməlidir. Bu, Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülhün təmini baxımından mühüm əhəmiyyətə malikdir”.

Seymur ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью