“Ermənistan “müharibə komandası”ndan, revanşistlərdən canını qurtarmalıdır”
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ermənistan “müharibə komandası”ndan, revanşistlərdən canını qurtarmalıdır. Köçəryan, Sərkisyan, Ohanyan kimi cinayətkarlardan qurtulmaq Ermənistanın özünün təhlükəsizliyi baxımından olduqca vacibdir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, rəsmi İrəvan, eləcə də erməni toplumu revanşizmə qarşı sərt mövqe nümayiş etdirməli, Azərbaycanın sülh səylərini birmənalı şəkildə dəstəkləməlidir:
“Müharibə tərəfdarlarının, revanşistlərin mövcudluğuna, təxribatçı bəyanatlarına göz yummaq, onların fəaliyyətini məhdudlaşdırmamaq Emənistanın təhlükəsizliyi və mövcudluğu üçün ciddi risk yaradır. Buna görə də, Ermənistan bu canilərlə vidalaşmalı, revanşist qüvvələrə qarşı sərt tədbirlər görməli və Azərbaycanın sülh səylərini dəstəkləməklə özünün və regionun təhlükəsizliyinə töhfə verməlidir. Bu, Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülhün təmini baxımından mühüm əhəmiyyətə malikdir”.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 27 Noyabr 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















