Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paşinyan isə “adımı sənə qoyum, səni də yana-yana” deyir Ermənistanla şərti sərhəddə mövqelərimiz son vaxtlar tez-tez atəşə məruz qalır.
Müdafiə Nazirliyi, demək olar ki, hər gün bununla bağlı məlumat yayır. Aprelin 19-u da bu baxımdan istisna olmadı.
Nazirliyin yaydığı məlumatda qeyd edildi ki, aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutublar.
Əlbəttə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür və qarşı tərəf hər dəfə layiqli cavab alaraq yerinə oturdulur.
Buna baxmayaraq, mövqelərimizin atəşə məruz qalması halları səngimək bilmir.
Məsələ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə də diqqət mərkəzində olub.
Nazir müavinlərinin, qoşun (qüvvə) növləri komandanlarının, baş idarə, idarə və xidmət rəislərinin, hərbi birlik və birləşmə komandirlərinin iştirak etdikləri müşavirədə şərti sərhəddə mövcud əməliyyat şəraiti, o cümlədən son günlər qarşı tərəfin bölmələrimizi mütəmadi olaraq atəşə tutması, mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib.