Icma.az
close
up
RU
Ermənistan ordusunda özbaşınalıqdır

Ermənistan ordusunda özbaşınalıqdır

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paşinyan isə “adımı sənə qoyum, səni də yana-yana” deyir Ermənistanla şərti sərhəddə mövqelərimiz son vaxtlar tez-tez atəşə məruz qalır. Müdafiə Nazirliyi, demək olar ki, hər gün bununla bağlı məlumat yayır. Aprelin 19-u da bu baxımdan istisna olmadı. Nazirliyin yaydığı məlumatda qeyd edildi ki, aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutublar.

Əlbəttə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür və qarşı tərəf hər dəfə layiqli cavab alaraq yerinə oturdulur. Buna baxmayaraq, mövqelərimizin atəşə məruz qalması halları səngimək bilmir. Məsələ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə də diqqət mərkəzində olub. Nazir müavinlərinin, qoşun (qüvvə) növləri komandanlarının, baş idarə, idarə və xidmət rəislərinin, hərbi birlik və birləşmə komandirlərinin iştirak etdikləri müşavirədə şərti sərhəddə mövcud əməliyyat şəraiti, o cümlədən son günlər qarşı tərəfin bölmələrimizi mütəmadi olaraq atəşə tutması, mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib. Nazir ordumuzun bölmələrinin hər an istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub, döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb.

Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyan aprelin 15-də parlamentdə çıxışı zamanı baş vermiş insidentlərin qarşısının alınması istiqamətində görülən tədbirlərdən bəhs etməkdənsə, bizi suçlamağa uğursuz cəhdlər edib. O, Ermənistan və Azərbaycandakı (?) bütün siyasi qüvvələri mümkün müharibə ilə bağlı bəyanatlar verməkdən çəkinməyə çağırıb. Deyib ki, həm ölkə daxilində, həm də xaricdə konkret hərəkətlərlə müşayiət olunan hərbi təbliğat aparılır. Bu proses gündəlik əsasda davam etdirilir. O, xislətinə sadiq qalaraq, Azərbaycanın ritorikasının militarist (?) xarakter daşıdığını bildirib. Atəşkəs rejiminin pozulması ilə bağlı ittihamları “yalan” adlandırıb. İddia edib ki, atəşkəs Azərbaycan tərəfdən mütəmadi olaraq pozulur. Paşinyanın sözlərinə görə, atəş açılması əksər hallarda birbaşa hansısa hədəfi vurmaq xarakteri daşımır, lakin, guya, son bir ayda Zəngəzur vilayətinə aid olan Xanazax yaşayış məntəqəsi iki dəfə atəşə tutulub: “Bu hadisələr ya Azərbaycan Silahlı Qüvvələrində nizam-intizamın olmamasından xəbər verir, ya da sərhəd kəndlərinin sakinlərinə psixoloji təzyiq göstərmək cəhdidir. Ermənistan rəsmi Bakını bu hadisələri araşdırmağa və onların qarşısını almaq üçün tədbirlər görməyə çağırır”. Əlavə edib ki, atəşkəs rejiminə ciddi riayət olunması barədə əmr verib və İrəvan müvafiq mexanizm yaratmaqla sərhədyanı insidentlərin birgə araşdırılmasına hazırdır.

Yeri gəlmişkən, Paşinyan mümkün yeni eskalasiya ilə bağlı şayiələrə də toxunmuşdu. Onun sözlərinə görə, bunun üçün heç bir əsas yoxdur – Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanıyıb, həmçinin güc tətbiqindən imtina ediblər. “Mən Ermənistan və Azərbaycanda bütün siyasi və ictimai qüvvələri maksimum məsuliyyət nümayiş etdirməyə və sülh gündəminə xələl gətirən bəyanatlar verməməyə çağırıram. Ölkələrimizin xalqları sülhə layiqdir. Müharibə olmayacaq - sülh olacaq” – deyə Paşinyan özündən “sülh göyərçini” düzəltməyə çalışmışdı.

Ancaq Azərbaycan Müdafiə Nazirliyi elə həmin gün açıqlama yayaraq, ordumuzun bölmələri tərəfindən, guya, Xanazax istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumatın real əsasının olmadığını, yalan və tamamilə dezinformasiya məqsədi daşıdığını bildirmişdi: “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə heç bir atəş açılmayıb. Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır. Ordumuz yalnız mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı adekvat cavab tədbirləri görür. Qarşı tərəf həqiqəti əks etdirməyən bu cür dezinformasiyalar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa, son günlər mövqelərimizi müxtəlif istiqamətlərdən mütəmadi olaraq atəşə tutmaqla törətdikləri təxribatlarını gizlətməyə cəhd edir”.

Paşinyanın Azərbaycan Silahlı Qüvvələrində, guya, nizam-intizamın olmaması barədə danışması isə nonsensdir. İkinci Qarabağ müharibəsi zamanı 10 min nəfərdən çox hərbi qulluqçusunun fərarilik etdiyi, silah-sursatını qoyub qaçmış, darmadağın olunmuş bir ordunun baş komandanının rəşadətli nizami ordumuz haqqında belə hətərən-pətərən danışmağa mənəvi haqqı yoxdur. Heç kim üçün sirr deyil ki, Ermənistan ordusu nizami birlik deyil. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi zamanı bu ordunun tərkibində xeyli sayda könüllü dəstələr adlanan terrorçu qruplar döyüşüblər. Onların sıralarına Livandan, Suriyadan, eləcə də Yaxın Şərqin digər ölkələrindən, Fransadan, ABŞ-dan gəlib qoşulan terrorçular da olub. Elə təkcə beynəlxalq miqyaslı terrorçu Monte Melkonyanın adını çəkmək kifayətdir.

Belə dəstələrdən biri də “Yerkrapa” adlanan təşkilatdır. Mənası “yurdun müdafiəçiləri” olan təşkilatın bugünlərdə Ermənistan–Azərbaycan şərti sərhədindəki döyüş mövqelərinə yeni terrorçular göndərdiyinə dair məlumat yayılıb. Bu barədə “Teleqram” kanallarında məlumat yerləşdirilib.

Bildirilib ki, silahlı qruplaşmanın sıralarında Azərbaycana qarşı hər iki müharibədə, eləcə də 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş terrorçular var. Həmçinin, onların arasında keçmiş separatçı rejimin “bayrağı” adlanan əski parçasını şevron (fərqlənmə nişanı) kimi qoluna yapışdıranları da görmək olar. Bu addımlar regionda sülh və sabitliyə ciddi təhdid yaradır. Ermənistan rəhbərliyinin “sülh” istiqamətində açıqlamaları ilə şərti sərhədə bu ünsürlərin gəlişinə, yumşaq desək, göz yumulması birbaşa ziddiyyət təşkil edir. Onların mövqelərə yerləşdirilməsi isə açıq təxribatdır. Təxribatın və qanunsuz hərbi fəaliyyətin bütün məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin və onu dəstəkləyən qüvvələrin üzərindədir.

Onu da bildirək ki, rəsmi adı “Yerkrapa” könüllülər və ya müharibə iştirakçıları ittifaqı olan yarımhərbi qurum Birinci Qarabağ müharibəsi iştirakçıları tərəfindən, 1993-cü ildə ölkənin ilk müdafiə naziri Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılıb. Onun tərkibi ilk dövrlərdə 6 min döyüşçüdən ibarət idi. V.Sarkisyanın sağ olduğu dövrdə “Yerkrapa” böyük və nüfuzlu müharibə iştirakçıları qrupu kimi Azərbaycan ərazilərinin işğalında fəal iştirak etmişdi. Sarkisyanın ölümündən sonra isə təşkilatın Ermənistan cəmiyyətində nüfuzu azalmağa başlayıb. Son illərədək “Yerkrapa” 25-30 min müharibə iştirakçısını öz sıralarında birləşdirirdi. Məşhur britaniyalı tədqiqatçı Tomas de Vaal yazır ki, 1994-cü ildən sonra “Yerkrapa” ölkənin ən güclü təşkilatına çevrilib.

V.Sarkisyanın başçılıq etdiyi “Yerkrapa” parlamentdə fraksiya da yaratmağa nail olmuşdu. Hətta 1998-ci ildə 69 üzvdən ibarət olmaqla Ermənistan parlamentinin ən böyük fraksiyasına çevrilmişdi. 1998-ci ilin yayında fraksiya keçmiş prezident, Xocalı qatili Serj Sarkisyanın rəhbəri olduğu Ermənistan “Respublika” partiyası ilə birləşib. V.Sarkisyanın 1999-cu ildə parlamentdə güllələnərək qətlə yetirilməsindən sonra təşkilata azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilən “tuşonka Manvel” ləqəbli general Manvel Qriqoryan rəhbərlik edib. Qriqoryan Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsinin fəal iştirakçısıdır.

Manvel Ermənistanın İkinci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətindən sonra – 2020-ci ili noyabrında infarkt keçirərək öləndən sonra təşkilata Sasun Mikayelyan rəhbərlik edir. Mikaelyan qurumun hakim partiyanın qanadı olaraq xidmət etməyəcəyini barədə bəyanat səsləndirib. O, hazırda Ermənistan parlamentinin deputatıdır.

Həmçinin, 2024-cü il fevralın 12-də Zəngilan rayonu istiqamətindəki mövqelərimizə qarşı təxribat törədənlərin də bu terror təşkilatının üzvlərini olduqları təsdiqlənmişdi. Bundan əlavə, Ermənistan baş prokurorluğunun yaydığı məlumata görə, 2024-cü ildə silahlı qüvvələrdə 40 hərbçi həlak olub ki, onlardan da 4-ü “Yerkrapa” terror təşkilatının üzvüdür. Onlar sərhədyanı ərazidə təxribatlar törədərkən Azərbaycan Ordusu tərəfindən məhv ediliblər.

Bu baxımdan Paşinyan sərhəddə gərginlik və eskalasiya istəmirsə, ilk işi “Yerkrapa” terror təşkilatının üzvlərini sərhəddən uzaqlaşdırması və tərksilah etməsi olmalıdır. Yaxşı olardı ki, Nikol sülh istiqamətində pafoslu bəyanatlar vermək əvəzinə, ordusunun komandanlığını bir araya toplayaraq Azərbaycan ərazilərinin atəşə tutulması ilə bağlı insidentləri yaxşı-yaxşı araşdırsın. Əgər bunu edənlər onun göstərişlərini saya salmayan “Yerkrapa” döyüşçüləridirsə, onları ordudan uzaqlaşdırsın. Yox, əgər Ermənistan ordusunun hərbçilərinin “özfəaliyyəti”dirsə, onları da cəzalandırsın. Daha gözə kül üfürməsin. Onsuz da hamı hər şeyi yaxşı bilir.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Aprel 2025 01:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see182

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see130

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

Maskın təklifi

08 İyun 2025 04:23see112

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see111

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see111

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri