Ermənistan öz ərazisindən keçən dəhlizin açılmasına maneə törədərsə, regionda uduzan tərəf…
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Zəngəzur dəhlizin açılması Azərbaycanın iki hissəsinin sadəcə coğrafi olaraq birləşməsi və ümumdünya nəqliyyat dəhlizi olan Şərq-Qərb dəhlizinin yeganə çatışmayan parçasının tamamlanması demək deyil.
Bu, Azərbaycan dövləti və xalqı üçün daha böyük tarixi-mənəvi əhəmiyyət kəsb edir.
Tarixən bir bütün olan Zəngəzur torpaqları vaxtilə Sovet rejimi tərəfindən parçalandı.
SSRİ mərkəzi idarəsinin təzyiqi ilə Azərbaycanın kommunist rəhbərliyi Zəngəzurun iki hissəyə parçalanması haqda 30 noyabr 1920-ci il tarixli qərar qəbul etdi və bu qərarla Qərbi Zəngəzur Ermənistan SSR-ə verildi.
SSRİ dövründə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə, Ermənistan üzərindən gerçəkləşməkdə idi.
30 illik işğal faktı bu əlaqəni kəsmişdi. Düz 100 il sonra Azərbaycan işğal faktını aradan qaldırdı”.
Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə açıqlamasında bildirib ki, 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanatı ilə Azərbaycanın iki hissəsi arasında maneəsiz hərəkətin bərpasını nəzərdə tutan müddəa tarixi bumeranq, ədalətin bərpası, Azərbaycanın tarixi-siyasi prosesləri geri döndərməsi adlandırıla bilər: “Azərbaycan hər zaman, hətta Vətən müharibəsindən öncə də iddia edirdi ki, Mehridən keçən dəmir yolunu, indiki adı ilə Zəngəzur dəhlizini bərpa etmək hüququ vardır.
Tam oxu
Xəbəri oxu