Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Ermənistan öz ərazisindən keçən dəhlizin açılmasına maneə törədərsə, regionda uduzan tərəf olacaq

Ermənistan öz ərazisindən keçən dəhlizin açılmasına maneə törədərsə, regionda uduzan tərəf olacaq

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Zəngəzur dəhlizin açılması Azərbaycanın iki hissəsinin sadəcə coğrafi olaraq birləşməsi və ümumdünya nəqliyyat dəhlizi olan Şərq-Qərb dəhlizinin yeganə çatışmayan parçasının tamamlanması demək deyil. Bu, Azərbaycan dövləti və xalqı üçün daha böyük tarixi-mənəvi əhəmiyyət kəsb edir. Tarixən bir bütün olan Zəngəzur torpaqları vaxtilə Sovet rejimi tərəfindən parçalandı. SSRİ mərkəzi idarəsinin təzyiqi ilə Azərbaycanın kommunist rəhbərliyi Zəngəzurun iki hissəyə parçalanması haqda 30 noyabr 1920-ci il tarixli qərar qəbul etdi və bu qərarla Qərbi Zəngəzur Ermənistan SSR-ə verildi. SSRİ dövründə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə, Ermənistan üzərindən gerçəkləşməkdə idi. 30 illik işğal faktı bu əlaqəni kəsmişdi. Düz 100 il sonra Azərbaycan işğal faktını aradan qaldırdı”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə açıqlamasında bildirib ki, 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanatı ilə Azərbaycanın iki hissəsi arasında maneəsiz hərəkətin bərpasını nəzərdə tutan müddəa tarixi bumeranq, ədalətin bərpası, Azərbaycanın tarixi-siyasi prosesləri geri döndərməsi adlandırıla bilər: “Azərbaycan hər zaman, hətta Vətən müharibəsindən öncə də iddia edirdi ki, Mehridən keçən dəmir yolunu, indiki adı ilə Zəngəzur dəhlizini bərpa etmək hüququ vardır. Sadəcə Vətən müharibəsindəki qələbə buna hüquqi zəmin yaratdı. Bu gün, Ermənistan Zəngəzur dəhlizinin bərpasını öz ərazi bütövlüyünə təhdid kimi anlayaraq açmaqdan imtina edir, lakin bu da beynəlxalq hüquqa və Paşinyanın öz imzasına hörmətsiz yanaşmasının göstəricisidir”.

Şəhla Cəlilzadə

“Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı ötən gün keçirilən müşavirədə qeyd etdi ki, biz Zəngəzura ərazi iddiası etmirik və belə bir niyyətimiz yoxdur, lakin Azərbaycandan Azərbaycana maneəsiz hərəkət təmin olunmalıdır. Prezident daha öncə də bəyan etmişdi ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Ermənistan yaxşı olar ki, bunu xoşluqla etsin və dialoqa açıq olsun. Hərbi-siyasi monoloq siyasətinin onlar üçün yaxşı nəticələrlə bitmədiyi aydındır. Nəzərə alsaq ki, artıq “Zəngəzur” PUA-sı da istehsal olunub və onun da öz tarixi-siyasi missiyası vardır. Böyük dövlətlər necə ki, öz nüvə silahlarından “çəkindirmə doktrinası” çərçivəsində istifadə edirlər, Azərbaycan da beləcə İlham Əliyevin Ermənistanı sülhə məcburetmə doktrinası ilə regional geosiyasi konyukturu formalaşdırır. Bu konyuktur beynəlxalq hüquq və təcrübələrə söykənir. Azərbaycan maneəsiz yol tələb edərkən, heç də beynəlxalq hüquqdan kənara çıxmır. Sadə bir misal olaraq Rusiya ilə Kalininqrad arasında Suvalki dəhlizini göstərə bilərik. Bu dəhliz Belarus və Litva ərazisindən keçir və Rusiyanın iki hissəsi arasında maneəsiz əlaqəni təmin edir. Hətta Ukrayna müharibəsinin gedişində belə Litva, Aİ üzvü olmasına, Rusiyaya qarşı bütün sanksiyalara qoşulmasına baxmayaraq bu yolu bağlaya bilmədi (istəsə də). Zəngəzur dəhlizində Kalininqrad modelinin tətbiqi cənab Prezidentin açıq bəyanatları fonunda nəzərdən keçiriləndə görünür ki, Ermənistanın qorxduğu və çəkindiyi eksterritoriallıq tələbi deyil, sadəcə insanların və malların azad hərəkət imkanlarının nəzərdə tutulmasını özündə ehtiva edir”-deyən politoloq hesab edir ki, Qərb, Suvalki dəhlizini “Axilles dabanı” adlandıraraq öz təhlükəsizliyinə təhdid olaraq gördüyü kimi, görünən odur ki, Ermənistan və onun havadarları Zəngəzur dəhlizinin reallaşmasından da bir o qədər narahatdırlar.

“Bu narahatlıqları yaşayanlar arasında Vətən müharibəsində Azərbaycanın qələbəsini özü üçün təhdid olaraq görən İran da var. Elə buna görədir ki, 2020-dən bəri İran dəfələrlə Zəngəzur dəhlizinin açılmasına münasibətdə “qırmızı xətt” ifadəsini işlədib. Maraqlıdır ki, bütün dövlətlər öz sərhədlərinə münasibətdə qırmızı xətt ifadəsini işlədirlər. Məsələn, ərazi bütövlüyü məsələsi bütün dövlətlərin qırmızı xəttidir, o cümlədən Çin Tayvan məsələsində bu ifadəni dəfələrlə işlədib. Lakin İran, öz ərazisi olmayan, özünə aid olmayan bir ərazi barədə bu fikri səsləndirir. Görünən odur ki, burada İranın müstəsna geosiyasi maraqları vardır və dəhlizin açılması bu maraqları təhdid edir. Lakin, burada bir vacib məqam vardır. Azərbaycan Rusiya və İranla birgə yenə Zəngəzurda, sadəcə onun şərq hissəsində, yəni Cəbrayılda və Zəngilanda yeni yollar və körpülər vasitəsilə İranın yeni maddi imkanlar əldə etməsinə vasitəçi olur. İranın Qərbi Zəngəzur dəhlizinin açılması ilə itirəcəyi (tranzit və s.) gəlirlərinin əvəzinə ona daha böyük maddi və digər qazanclar vəd edən Şimal-Cənub dəhlizinin açılmasına məhz Azərbaycan təminat verir və imkan yaradır. Ermənistan öz ərazisindən keçən dəhlizin açılmasına Qərb və digər havadarlarının təzyiqi ilə mane olarsa, burada itirən tərəf, qlobal nəqliyyat yollarından kənarda qalan və heç bir strateji əhəmiyyət daşımayan coğrafi dalan olaraq qalacaqdır. Lakin Rusiya-Ukrayna müharibəsi fonunda Şərq-Qərb dəhlizinin aktivləşməsinə Qərbin ehtiyacı da gedərək artmaqdadır. Odur ki, Azərbaycanın qarşıdakı dövrdə Zəngəzur dəhlizinin açılması istiqamətində uğurlu nəticələr əldə etməsi qaçınılmazdır”-deyə Şəhla Cəlilzadə vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Yanvar 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see248

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see202

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see163

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see155

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see139

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri