Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vətən müharibəsindən ötən 4 il ərzində Cənibi Qafqazda dəyişən geosiyasi vəziyyət yeni reallıqlar yaradıb.
Azərbaycan öz şərtlərini diqtə etdikcə Ermənistan çıxılmaz vəziyyətə düşüb və bu şərtləri qəbul etməkdən başqa çarəsi qalmayıb.
Amma onları böyük oyunlara təhrik edən Qərbdəki havadarlarının dəstəyi erməniləri bəzi öhdəlikləri yerinə yetirməyə imkan vermir.
Onlar hələ də elə güman edirlər ki, Ermənistan əvvəlki mövqeyini geri qaytaracaq.
Ermənistanda elə hesab edirlər ki, Azərbaycan Qarabağı “işğal” edib.
2022-ci ildə Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan Ermənistan Baş naziri rəsmən Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bildirmişdi.
Bundan sonra Ermənistan qonşu dövlətin suverenliyinə niyə hörmətlə yanaşmır?