Icma.az
close
up
RU
“Ermənistan rəhbərliyi İlham Əliyevdən qorxur” Ovik Avanesov KONKRET

“Ermənistan rəhbərliyi İlham Əliyevdən qorxur” Ovik Avanesov KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vətən müharibəsindən ötən 4 il ərzində Cənibi Qafqazda dəyişən geosiyasi vəziyyət yeni reallıqlar yaradıb. Azərbaycan öz şərtlərini diqtə etdikcə Ermənistan çıxılmaz vəziyyətə düşüb və bu şərtləri qəbul etməkdən başqa çarəsi qalmayıb. Amma onları  böyük oyunlara təhrik edən Qərbdəki havadarlarının dəstəyi erməniləri bəzi öhdəlikləri yerinə yetirməyə imkan vermir. Onlar hələ də elə güman edirlər ki, Ermənistan əvvəlki mövqeyini geri qaytaracaq. Ermənistanda elə hesab edirlər ki, Azərbaycan Qarabağı “işğal” edib. 2022-ci ildə Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan Ermənistan Baş naziri rəsmən Qarabağı  Azərbaycanın  ərazisi kimi tanıdığını bildirmişdi. Bundan sonra Ermənistan qonşu dövlətin suverenliyinə niyə hörmətlə yanaşmır?  Bir tərəfdən Qarabağı Azərbaycanın ərazisi kimi tanıyanlar digər yandan Azərbaycanı “işğalda” ittiham edir.

Erməni tarixçisi Ovik Avanesov hesab edir ki,  bu vəziyyətdən çıxmaq üçün bütün ermənilərin birləşməsi zəruridir: “Bu gün erməni dövlətçiliyi təhlükə altındadır və bütün xalq ayıq olmalıdır. Region dövlətləri anlamalıdırlar ki, bu Ermənistanla bərabər onları da təhlükə  gözləyir. Bu gün Cənubi Qafqazda müharibə gedir və erməni xalqının hüquqları tapdanır”.  Avanesovun hansı müharibədən söhbət açdığı məlum deyil. Cənubi Qafqazda müharibə 4 il əvvəl Ermənistanın kapitulyasiyası ilə başa çatıb. Deməli, ermənlər müharibənin bitməsini qəbul edə bilmir və hesab edirlər ki, Azərbaycanla hələ də müharibə aparırlar.  Qarabağdan qaçan erməni ABŞ-dəki seçkilərin Ermənistan-Azərbaycan münasibətlərinə təsirindən danışıb və bildirib ki, Demokratların məğlubiyyəti ermənilərin planlarına uyğun deyildi. Bayden adminstrasiyasından ciddi dəstək alan Ermənistanın bundan sonra hansı siyasət yürüdəcəyi onu möhkəm narahat edir: “Ermənistanın münaqişəylə bağlı əvvəlcədən dəqiq yol xəritəsi olmalıdır. Əgər belə bir yol xəritəsi yoxdursa, ölkə faciə ilə  üzləşə bilər.  Ermənistanın indiki hökuməti dövründə qeyd etdiyim yol xəritəsinin olması mümkün deyil. Ona görə də, Ermənistana milli təfəkkürlü hökumət lazımdır. Bizə milli gündəmlə düşünən elita gərəkdir ki, bu elita rəhbərli öz üzərinə götürməli, milləti birləşdirməli və çətinliklərə sinə gərməlidir”.

Daha sonra, özündən əvvəlkiləri təkrar edən Avanesov guya Azərbaycanın Ermənistana qarşı müharibəyə hazırlaşdığını iddia edib. Bu, əslində Azərbaycana qarşı informasiya müharibəsinin bir hissəsidir və ermənilər elə hesab edirlər ki, belə  cəfəng fikirlərlə dünyada ictimai rəyi Azərbaycanın əleyhinə yönəltmək mümkün olacaq. Azərbaycan 30 il işğalda olan ərazilərini azad edib və  suveren ərazilərinə nəzarət də bərpa olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son bəyanatlarından təşviş keçirən erməni tarixçi bildirib ki, bununla Azərbaycan Ermənistanın demilitarizasiyasına nail olacaq. “Ermənistan rəhbərliyi İlham Əliyevin bəyanatlarına cavab verə bilmir. Onların buna cürəti çatmır. Onlar silah almağın  Ermənistanın daxili işi olmağını deməkdən çəkinirlər. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Ermənistan istənilən ölkə ilə hərbi əməkdaşlıqda, silah əldə etməkdə sərbəstdir”.

 Bu erməni tarixçi  Hovik Avanesovun fikirləridir. Qarabağın itirilməsini qəbul edə bilməyən bu cür adamlar Ermənistanda revanşist təbliğat aparmaqla məşğuldur. İtirdikləri ilə barışmayan avanesovlar regionda yeni münaqişəinn alovlanmasında maraqlıdırlar. Onlara elə gəlir ki, hər hansı münaqişə Ermənistana nəyisə qazandıracaq. Amma nədənsə 44 gündə aldıqları məğlubiyyət yadlarından çıxıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Noyabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri