Ermənistan rəhbərliyi və erməni cəmiyyətinin yeni reallıqlarla barışması zəruridir Svante …
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan rəhbərliyi və erməni cəmiyyətinin yeni reallıqlarla barışması zəruridir.
Bunu Trend-ə İsveçin Təhlükəsizlik siyasəti və inkişaf İnstitutunun direktoru Svante Kornell "Yeni Dünya Nizamına Doğru" mövzusunda 7-ci ADA Siyasi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.
Analitik Azərbaycanla Ermənistan arasında sülh sazişinin mümkünlüyünə ümidini ifadə edib.
"Bunun üçün Ermənistan rəhbərliyi və erməni cəmiyyətinin yeni reallıqlarla barışması zəruridir.
Mən belə bir dəyişikliyin tam olaraq baş verdiyinə əmin deyiləm.
Ona görə hesab edirəm ki, sülh razılaşmasının əldə olunmasına vaxt tələb oluna bilər", - o bildirib.
Ekspertin sözlərinə görə, regionda sabitliyin bərqərar olması və Ermənistanın müstəqil ölkə olaraq inkişaf etməsi üçün sülh sazişi əsas amildir.
Tam oxu
Xəbəri oxu