Ermənistan rəhbərliyi və erməni cəmiyyətinin yeni reallıqlarla barışması zəruridir Svante Kornell
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan rəhbərliyi və erməni cəmiyyətinin yeni reallıqlarla barışması zəruridir.
Bunu Trend-ə İsveçin Təhlükəsizlik siyasəti və inkişaf İnstitutunun direktoru Svante Kornell "Yeni Dünya Nizamına Doğru" mövzusunda 7-ci ADA Siyasi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.
Analitik Azərbaycanla Ermənistan arasında sülh sazişinin mümkünlüyünə ümidini ifadə edib.
"Bunun üçün Ermənistan rəhbərliyi və erməni cəmiyyətinin yeni reallıqlarla barışması zəruridir. Mən belə bir dəyişikliyin tam olaraq baş verdiyinə əmin deyiləm. Ona görə hesab edirəm ki, sülh razılaşmasının əldə olunmasına vaxt tələb oluna bilər", - o bildirib.
Ekspertin sözlərinə görə, regionda sabitliyin bərqərar olması və Ermənistanın müstəqil ölkə olaraq inkişaf etməsi üçün sülh sazişi əsas amildir.
"Əlbəttə ki, bu regionun stabilliyi, Ermənistanın isə, həqiqətən, müstəqil ölkə olaraq inkişafı yolu sülh sazişindən keçir, çünki bunsuz, Ermənistanın, həqiqətən, müstəqilliyini inkişaf etdirməsi mümkün deyil", - deyə o vurğulayıb.
ADA Siyasi Forumunda Prezident İlham Əliyevin çıxışından danışan S.Kornell qeyd edib ki, dünya liderləri gərək Prezident İlham Əliyevin dediklərinə qulaq assınlar.
Svante Kornellin sözlərinə görə, Prezident İlham Əliyevin dedikləri dünya siyasəti üçün böyük əhəmiyyət kəsb edir.
"Prezident İlham Əliyev hər zaman çox səmimidir və sözünü açıq şəkildə deyir, məncə, dünya analitikləri və liderlərinin onun nə dediyinə və nə barədə danışdığına diqqət yetirməsi vacibdir: Ermənistanla sülh sazişi, İranla bağlı məsələlər, ABŞ və Avropa ilə münasibətlər", - deyə İnstitutun direktoru bildirib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 09 Aprel 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















