Ermənistan Rusiya ilə aviaəlaqəni məhdudlaşdırmağı planlaşdırmır

27.12.2024

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Ermənistan hakimiyyəti AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aviaşirkətlərin Rusiyaya mülki reyslərini ləğv etməyi planlaşdırmır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan bildirib.

“Hazırda belə bir şey planlaşdırılmır”, - o deyib.

Ermənistan aviaşirkətlərinin nümayəndələri həmçinin bildiriblər ki, Rusiyaya uçuşların qrafikində heç bir dəyişiklik yoxdur.

Xatırladaq ki, dekabrın 25-də AZAL-a məxsus olan və Bakıdan Qroznıya uçan “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i ölüb, 29-u sağ qalıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью