Ermənistan Rusiya ilə aviaəlaqəni məhdudlaşdırmağı planlaşdırmır
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
Ermənistan hakimiyyəti AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aviaşirkətlərin Rusiyaya mülki reyslərini ləğv etməyi planlaşdırmır.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan bildirib.
“Hazırda belə bir şey planlaşdırılmır”, - o deyib.
Ermənistan aviaşirkətlərinin nümayəndələri həmçinin bildiriblər ki, Rusiyaya uçuşların qrafikində heç bir dəyişiklik yoxdur.
Xatırladaq ki, dekabrın 25-də AZAL-a məxsus olan və Bakıdan Qroznıya uçan “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i ölüb, 29-u sağ qalıb.
Bu mövzuda digər xəbərlər:Rusiya XİN: “Ermənistan KTMT dən çıxmağı planlaşdırmır”
07 Mart 2025 13:13
Ermənistan Rusiya ilə yaxınlaşır
21 Mart 2025 09:42
Ermənistan KTMT büdcəsinə maliyyə ayırmağı planlaşdırmır XİN
31 Mart 2025 15:20
Ermənistan Rusiya ilə münasibətləri kəsməyəcək...
13 İyun 2025 18:54
Rusiya kriptovalyuta əməliyyatlarını məhdudlaşdırmağı planlaşdırır
12 Mart 2025 17:55
Baxış sayı:87
Bu xəbər 27 Dekabr 2024 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















