Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Ermənistan hökuməti Rusiya ilə soyuq münasibətlər fonunda Avropa İttifaqı ilə əlaqələri dərinləşdirir".Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.Ekspert vurğulayıb ki, 12 il öncə də Ermənistan Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirmək istəyirdi:"Faktiki olaraq bu məsələdə ciddi məsafələr də qət olunmuşdu.
Amma Vladimir Putin Ermənistanın ozamankı prezidenti, Qarabağ canisi Serj Sarkisyanı Moskvaya dəvət etdi.
Orada kifayət qədər gərgin və təhdid şəraitində keçən bir görüşdən sonra Sarkisyan həmin görüşdən pörtmüş halda çıxdı və bəyan etdi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşulur.
Avropa İttifaqı ilə əlaqələr məsələsi donduruldu”.Qasımov bildirib ki, Paşinyan Sarkisyandan fərqli olaraq daha açıq və qətiyyətli şəkildə Qərblə əməkdaşlığa çalışır.
Onun sözlərinə görə, son 12 ildə beynəlxalq şərtlər, vəziyyət xeyli dəyişib:“Rusiyanın Cənubi Qafqaza təsir imkanları azalır.
Putinlə Paşinyan arasında Çində baş tutan görüşdə Vaşinqton razılaşmaları da müzakirə olunub.
Zəngəzur dəhlizi ilə bağlı məsələ müzakirə predmeti olub. Həmçinin, Ermənistan daxilində, 102-ci hərbi bazanın qarşısında keçirilən aksiyala