Icma.az
close
up
RU
Ermənistan seçim qarşısında: Aİ mi, Aİİ mi?

Ermənistan seçim qarşısında: Aİ mi, Aİİ mi?

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ermənistan hökuməti Rusiya ilə soyuq münasibətlər fonunda Avropa İttifaqı ilə əlaqələri dərinləşdirir".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Ekspert vurğulayıb ki, 12 il öncə də Ermənistan Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirmək istəyirdi:

"Faktiki olaraq bu məsələdə ciddi məsafələr də qət olunmuşdu. Amma Vladimir Putin Ermənistanın ozamankı prezidenti, Qarabağ canisi Serj Sarkisyanı Moskvaya dəvət etdi. Orada kifayət qədər gərgin və təhdid şəraitində keçən bir görüşdən sonra Sarkisyan həmin görüşdən pörtmüş halda çıxdı və bəyan etdi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşulur. Avropa İttifaqı ilə əlaqələr məsələsi donduruldu”.

Qasımov bildirib ki, Paşinyan Sarkisyandan fərqli olaraq daha açıq və qətiyyətli şəkildə Qərblə əməkdaşlığa çalışır. Onun sözlərinə görə, son 12 ildə beynəlxalq şərtlər, vəziyyət xeyli dəyişib:

“Rusiyanın Cənubi Qafqaza təsir imkanları azalır. Putinlə Paşinyan arasında Çində baş tutan görüşdə Vaşinqton razılaşmaları da müzakirə olunub. Zəngəzur dəhlizi ilə bağlı məsələ müzakirə predmeti olub. Həmçinin, Ermənistan daxilində, 102-ci hərbi bazanın qarşısında keçirilən aksiyalardan danışılıb".

Oqtay Qasımov: Paşinyan daha açıq və qətiyyətli şəkildə Qərblə əməkdaşlığa çalışır

Müsahibimiz əlavə edib ki, hazırda müzakirə olunan ən ciddi məsələ Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə münasibətləridir:

"Ermənistan bu quruma soyuq yanaşır. Rusiya baş nazirinin müavini Overçuk İrəvana səfəri zamanı Ermənistan tərəfinin diqqətinə çatdırmış ki, Avropaya inteqrasiya siyasəti Aİİ-yə üzvlüklə bir araya sığmır. Yəni faktiki olaraq, Ermənistana xəbərdarlıq edildi ki, əgər İrəvan Avropaya yaxınlaşmağa davam edəcəksə, Aİİ-nin güzəştlərindən məhrum qalacaq. Lakin İrəvan hökuməti mövcud təzyiqlərə rəğmən, seçim qarşısında Avropa İttifaqını, yoxsa Avrasiya İqtisadi İttifaqını seçəcəyini açıq bəyan etdi".

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see223

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see220

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see219

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see216

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see211

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see208

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see207

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see204

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see200

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see194

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see183

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see182

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see181

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see180

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see173

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see167

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see167

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see167

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see165

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri