Azertag saytına istinadən Icma.az xəbər verir. Bakı, 8 yanvar, AZƏRTAC Ermənistanın sərhədin bir neçə istiqamətində atəşkəsi pozması sülh gü
İl yeni başlayıb, bütün diqqətlər sülh müqaviləsi ətrafında baş verəcək hadisələrə yönəlib.
Amma qarşı tərəf sülhdən daha çox müharibəyə hazırlaşır. Sərhəddə təxribatların intensivləşməsi bunu bir daha təsdiqləyir.
Üstəlik, Ermənistan sərhəddə gərginlik yaratmaqla Avropa İttifaqının (Aİ) “mülki missiyası”nın regionda fəaliyyət müddətinin uzadılmasına çalışır.
Məlumdur ki, gələn ay missiyanın müddəti bitir. Ermənistan bu cür təxribat və gərginliklər yaratmaqla Aİ missiyasına “ehtiyac var” görüntüsü
Yəni, Ermənistan sülh istiqamətində addım atmaq əvəzinə 3-cü, 4-cü qüvvələrin regionda balansı pozmasına şərait yaradır.
Ötən il də məhz İrəvanın bu destruktiv mövqeyi səbəbindən sülhlə bağlı itirilmiş il oldu. Əslində 2024-cü ilə ümidlər böyük idi.
Ötən ilin fevralından başlayaraq Azərbaycan və Ermənistan rəhbərləri, eləcə də xarici işlər nazirləri Almaniyada, Qazaxıstanda vasitəçisiz görüşlər keçirdilər.