Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

Ermənistan sərhəd təxribatları ilə “mülki missiya”nın fəaliyyətinin uzadılmasına çalışır ŞƏRH AZƏRTAC

Ermənistan sərhəd təxribatları ilə “mülki missiya”nın fəaliyyətinin uzadılmasına çalışır ŞƏRH AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 yanvar, AZƏRTAC

Ermənistanın sərhədin bir neçə istiqamətində atəşkəsi pozması sülh gündəliyi ilə bağlı bu ölkənin radikal mövqeyinin göstəricisidir. İl yeni başlayıb, bütün diqqətlər sülh müqaviləsi ətrafında baş verəcək hadisələrə yönəlib. Amma qarşı tərəf sülhdən daha çox müharibəyə hazırlaşır. Sərhəddə təxribatların intensivləşməsi bunu bir daha təsdiqləyir. Üstəlik, Ermənistan sərhəddə gərginlik yaratmaqla Avropa İttifaqının (Aİ) “mülki missiyası”nın regionda fəaliyyət müddətinin uzadılmasına çalışır. Məlumdur ki, gələn ay missiyanın müddəti bitir. Ermənistan bu cür təxribat və gərginliklər yaratmaqla Aİ missiyasına “ehtiyac var” görüntüsü yaratmağa çalışır. Yəni, Ermənistan sülh istiqamətində addım atmaq əvəzinə 3-cü, 4-cü qüvvələrin regionda balansı pozmasına şərait yaradır. Ötən il də məhz İrəvanın bu destruktiv mövqeyi səbəbindən sülhlə bağlı itirilmiş il oldu. Əslində 2024-cü ilə ümidlər böyük idi. Ötən ilin fevralından başlayaraq Azərbaycan və Ermənistan rəhbərləri, eləcə də xarici işlər nazirləri Almaniyada, Qazaxıstanda vasitəçisiz görüşlər keçirdilər. Bu təmaslar da göstərdi ki, tərəflər öz aralarında vasitəçisiz danışıq apararaq razılıq əldə edə bilərlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

O bildirib ki, Almatıda “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsinin müddəalarının müzakirəsi də müəyyən ümidlər yaratdı. Amma Ermənistan Qərbdəki havadarlarının diktəsi ilə vasitəçisiz görüşlərdən yayındı. Hətta COP29 iqlim konfransı da bir fürsət ola bilərdi. Ermənistan bu platformadan yayındı. Ermənistanın davranışlarına, yanaşmalarına baxdıqda aydın olur ki, bu ölkənin sülhlə bağlı mövqeyi imitasiyadır.

“Fransa və Hindistanın verdiyi pulsuz silahlar, Yunanıstanın "S-300" raket komplekslərini Ermənistana vermək niyyəti, "Sülh fondu" adı altında silah-sursat, hərbi texnikaların alınması üçün milyonlarla dollar ayıran Avropa İttifaqının "Avropa Sülh Fondu"nun Ermənistana dəstəyi İrəvanı yenidən revanşizmə həvəsləndirib. Bu günlərdə Prezident İlham Əliyev Rusiya media subyektlərinə müsahibəsində də bəyan etdi ki, Ermənistanın tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Dövlətimizin başçısının da söylədiyi kimi, “nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik”. Belə olan halda Azərbaycanın adekvat tədbirlər görməsi təbiidir. 2025-ci ildə növbəti hərbi büdcəmizin rekord büdcə olması da bununla bağlıdır.

Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq edərək bildirib ki, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Yəni, onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Ona görə Azərbaycan Prezidenti bir daha Ermənistana hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtmağı tövsiyə edir”, - deyə deputat vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Yanvar 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see299

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see235

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see231

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see216

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see213

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see205

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see195

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see194

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see194

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see171

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see158

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see151

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see144

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see143

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see141

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see139

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri