Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Baş naziri Nikol Paşinyan həqiqətən sülhdə maraqlıdırsa, xarici ölkələrdən alınan silahları geri qaytarmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.
“Ermənistanın sürətlə silahlanması regionda sülhə əsas təhdidlərdən biridir.
Ermənistan ümumi daxili məhsula (ÜDM) nisbətdə hərbi xərcləri böyük olan ölkələr sırasında ilk yerlərdədir.
2025-ci il üçün Ermənistanın hərbi xərclərinin 1.7 milyard dollardan çox olması nəzərdə tutulub, bu isə ÜDM-in 5 faizi həcmindədir.
Təhlillər göstərir ki, Ermənistanın hərbi xərcləri daha çoxdur, 2024-cü ilin iyunun 17-də müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı tərəflər 36 ədəd “Sezar” özüyeriyən artilleriya kompleksinin alınmasına dair müqavilə imzalayıb.
Bu sistemlərin hər birinin qiyməti 5.5 milyon avrodur. İrəvan bu sistemlər üçün 36 artilleriya sistemi və 155 mm-lik mərmi əldə edərək, düz