Icma.az
close
up
RU
Ermənistan silahlanır “Paşinyan aldıqlarını geri verməlidir”

Ermənistan silahlanır “Paşinyan aldıqlarını geri verməlidir”

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan həqiqətən sülhdə maraqlıdırsa, xarici ölkələrdən alınan silahları geri qaytarmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.

“Ermənistanın sürətlə silahlanması regionda sülhə əsas təhdidlərdən biridir. Ermənistan ümumi daxili məhsula (ÜDM) nisbətdə hərbi xərcləri böyük olan ölkələr sırasında ilk yerlərdədir. 2025-ci il üçün Ermənistanın hərbi xərclərinin 1.7 milyard dollardan çox olması nəzərdə tutulub, bu isə ÜDM-in 5 faizi həcmindədir. Təhlillər göstərir ki, Ermənistanın hərbi xərcləri daha çoxdur, 2024-cü ilin iyunun 17-də müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı tərəflər 36 ədəd “Sezar” özüyeriyən artilleriya kompleksinin alınmasına dair müqavilə imzalayıb. Bu sistemlərin hər birinin qiyməti 5.5 milyon avrodur. İrəvan bu sistemlər üçün 36 artilleriya sistemi və 155 mm-lik mərmi əldə edərək, düz 200 milyon avro xərcləyib.

Fransanın Ermənistanla gələcəkdə “Mistral” tipli qısamənzilli hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı müqavilə imzaladığını nəzərə alsaq, silahların alınması ilə bağlı anlaşmaların dəyərinin 400 milyon avrodan artıq olacağını söyləyə bilərik”, - ekspert vurğulayıb.

Həmçinin Zaur İbrahimli qeyd edib ki, artıq Ermənistan 600 milyon dollarlıq silah sifarişi ilə Hindistanın bir nömrəli silah idxalçısına çevrilib:

“Hələ İrandan gizli silahlanma ilə bağlı məlumatlar da var. Sanki Ermənistan sülhə yox, yeni müharibəyə hazırlaşır, intensiv şəkildə fortifikasiya qurğuları, hərbi təchizatını genişləndirir, xarici ölkələrlə birgə təlimlər təşkil edir.

Ermənistanın bu siyasəti bilavasitə revanşa hazırlaşmaqdır, sadəcə bu revanşist siyasət “sülh çağırışları” ilə pərdələnir. Fransanın himayəsi ilə sürətli silahlanma Ermənistanı region ölkələri üçün təhdid mənbəyi olaraq saxlamağa hesablanıb. İrəvandan xarici maraqların icraçısı statusunda istifadə edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində açıq şəkildə bəyan etmişdi ki, Ermənistanın sürətlə silahlanması hazırda sülhə ən böyük əngəldir. Bu silahlanma siyasəti sülh gündəliyinə ziddir, daha çox xarici ölkələrin maraqlarına hesablanıb. Buna görə də, Ermənistan silahlanmaya son qoymalıdır, ona verilən silahlar geri qaytarılmalıdır. Yalnız bu halda Ermənistanın sülh gündəliyində qaldığını söyləmək olar”.

Politoloq əlavə edib ki, Paşinyan aldığı silahları geri verməklə və silahlanmaya son qoymaqla, gerçəkdən sülhə can atdığını nümayiş etdirməlidir:

“Yox, əgər Ermənistan baş naziri yenidən “müharibə-müharibə” oynamaq fikrinə düşübsə, onda bu dəfə onlayn yox, canlı təslimçi sazişə imza atmalı olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 04 Fevral 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri