Ermənistan siyasətində Qarabağ və Mehri mübahisəsi Nə baş verir? | Icma.az
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın keçmiş baş naziri Aram Sarkisyanın son açıqlamaları ölkə gündəmində geniş müzakirələrə səbəb olub.
O bildirib ki, keçmiş prezident Robert Köçəryanın hakimiyyəti dövründə Qarabağ məsələsi ilə bağlı Köçəryan, Serj Sarkisyan və daha iki şəxs və özünün iştirakı ilə xüsusi bir iclas keçirilib.
Sərkisyanın iddiasına görə, Köçəryan-Sərkisyan ikilisi Qarabağ problemini həll etmək üçün Ermənistanın cənub hissəsində yerləşən strateji Mehri bölgəsini mübadilə etmək istəyib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, bu açıqlamalar hazırda Ermənistan daxilində davam edən siyasi çəkişmənin tərkib hissəsidir.
"Ermənistanın keçmiş baş naziri Aram Sarkisyanın verdiyi açıqlama şübhəsiz ki, hazırda baş verən Ermənistan daxilindəki siyasi çəkişmənin tərkib hissəsidir.
Çünki Baş nazir Nikol Paşinyan keçmiş hakimiyyətə, öz siyasi rəqiblərinə qarşı faktiki olaraq hücuma keçib.
Köçəryan və Sarkisyan, onların hakimiyyəti dövründə vəzifədə çalışmış şəxslər haqqında tənqidi yazılar son zamanlar dərc olunur.
Tam oxu
Xəbəri oxu