Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Ermənistan siyasətində Qarabağ və Mehri mübahisəsi Nə baş verir?

Ermənistan siyasətində Qarabağ və Mehri mübahisəsi Nə baş verir?

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın keçmiş baş naziri Aram Sarkisyanın son açıqlamaları ölkə gündəmində geniş müzakirələrə səbəb olub. O bildirib ki, keçmiş prezident Robert Köçəryanın hakimiyyəti dövründə Qarabağ məsələsi ilə bağlı Köçəryan, Serj Sarkisyan və daha iki şəxs və özünün iştirakı ilə xüsusi bir iclas keçirilib. 

Sərkisyanın iddiasına görə, Köçəryan-Sərkisyan ikilisi Qarabağ problemini həll etmək üçün Ermənistanın cənub hissəsində yerləşən strateji Mehri bölgəsini mübadilə etmək istəyib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, bu açıqlamalar hazırda Ermənistan daxilində davam edən siyasi çəkişmənin tərkib hissəsidir.

"Ermənistanın keçmiş baş naziri Aram Sarkisyanın verdiyi açıqlama şübhəsiz ki, hazırda baş verən Ermənistan daxilindəki siyasi çəkişmənin tərkib hissəsidir. Çünki Baş nazir Nikol Paşinyan keçmiş hakimiyyətə, öz siyasi rəqiblərinə qarşı faktiki olaraq hücuma keçib. Köçəryan və Sarkisyan, onların hakimiyyəti dövründə vəzifədə çalışmış şəxslər haqqında tənqidi yazılar son zamanlar dərc olunur. Xüsusilə də uzun müddət öz sakitliyini qoruyan keçmiş Prezident Levon Ter-Petrosyanın 1993-cü ildə etdiyi çıxışın - azərbaycanlıların öz dədə-baba torpaqlarından qovulması haqqında - yayılması da məhz bu siyasətin, bu çəkişmənin tərkib hissəsidir. Baş nazir Aram Sarkisyanın Qarabağ və Mehri ilə bağlı verdiyi açıqlamalar bir zamanlar Amerika Birləşmiş Ştatları tərəfi və yaxud da ki, Qərb dairələri tərəfindən təklif olunan bir məsələ idi. Ancaq Azərbaycan tərəfi qətiyyətli şəkildə bu məsələni rədd edib", - deyə o qeyd etdi.

Politoloqun sözlərinə görə, hazırda Ermənistanda siyasi vəziyyət gərginləşdiyindən, bir-birlərini ifşa etməklə məşğuldurlar:

"Qarabağ Azərbaycan ərazisidir və onun heç bir halda Ermənistana verilməsi məsələsi, ümumiyyətlə Azərbaycan tərəfindən müzakirə mövzusu olmayıb. Ermənistanın dövlət rəsmiləri həmin zamanda öz aralarında nəyi müzakirə ediblərsə, bu, onların öz işidir. Ancaq Azərbaycan tərəfində heç zaman Qarabağın və yaxud da ki, digər ərazilərin Ermənistana verilməsi barəsində müzakirə getməyib və ola bilər ki, hansısa bir dəhliz məsələsi - yəni, Ermənistana Qarabağla əlaqəsini təmin etmək üçün Laçından dəhliz verilsin, eyni zamanda, Azərbaycan və Naxçıvan arasında əlaqəni bərpa etmək üçün də Mehri dəhlizindən bizə verilsin - müzakirə olunub. Ermənistanda vəziyyət son zamanlar qızışıb, generallar həbs olunur və faktiki şəkildə adamlar bir-birini ifşa etməklə məşğuldur. Bu açıqlamalar da həmin ifşa siyasətinin tərkib hissəsidir".

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Yanvar 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see272

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see271

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see218

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see210

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see206

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see192

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see192

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see180

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see167

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see166

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see150

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see147

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see145

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see145

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see142

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see139

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri