Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yanvarın 14-də Vaşinqtonda, ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzaladılar.Bakıvaxtı.az xatırladır ki, sazişin imzalanmasından əvvəl mətbuat qarşısında çıxış edən ABŞ dövlət katibi Antoni Blinken bu sazişin iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinə yol açdığını vurğulayıb.Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə iki ölkə arasında münasibətlərin bu səviyyəyə çatması ilə bağlı bildirib ki, ABŞ-nin Cənubi Qafqaz regionunda davamlı və qalıcı sülhün təşviqinə verdiyi töhfəni yüksək qiymətləndirir.Maraqlıdır ki, Ermənistan özüqnü həm regionda sülhün bərqərar olması üçün çalışdığını göstərir, digər tərəfdən, Azərbaycanın təkliflərini belə qəbul etməkdən imtina edir.
Bu halda söhbət hansı sülhdən gedir?Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistanın istəyi yenidən Azərbaycan torpaqları hesabına həyat məkanını genişləndirməkdən və burada hökmranlıq etməkdən ibarətdir.Onun sözlərinə görə, müasir dövrdə yalnız bir-iki dövlət sülhə hazır deyil və bu hazırsızlıq özlərinə və başqalarına problemlər yaradır.
Müsahibimiz qeyd edib ki, ötən əsrin hadisələrini nəzərə alsaq, ermənilər Qafqaz bölgəsinə köçürüləndən sonra regionda məhz qaşıdurma meylləri, nifrət siyasəti hakim olub:“Bunun acısını ən çox yaşayan Azərbaycan xalqıdır.
Onlar həm bizim torpaqlarımızda dövlət yaratdılar, həm də azərbaycanlıları sıxışdırıb çıxartmaq istədilər.
Ona görə də Ermənistanın sülhə hazırlığı ümumiyyətlə, yoxdur.
Bütün hallarda ölkə başçısı İlham Əliyevin dediyi kimi, heç vaxt icazə verilməyəcək ki, ikinci erməni dövləti yaradılsın".Ermənistanın sülh adı altında ciddi cəhdlə silahlandığını vurğulayan T.Abbasovun fikrincə, ermənilərin bölgədəki təyinatı dinc həyatın bərqərar olmamasından ibarətdir."ABŞ-nin biabır olmuş demokrat adminstrasiyası hakimiyyətdən getdiyi vaxtda Ermənistanla saziş imzalamaqla, göstərmək istəyir ki, guya məramı Qafqaza sülh və sabitlik gətirməkdir.
Xeyr! Xarici qüvvələr regiona dağıdıcı potensial gətirirlər. Ermənistan bölgəyə kənar qüvvələrin gətirilməsinə çalışır.