Icma.az
close
up
RU
Ermənistan sülh adı altında silahlanır: İrəvanın Vaşinqton və Parisdən yapışmasında məqsədləri başqadır

Ermənistan sülh adı altında silahlanır: İrəvanın Vaşinqton və Parisdən yapışmasında məqsədləri başqadır

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 14-də Vaşinqtonda, ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzaladılar.

Bakıvaxtı.az xatırladır ki, sazişin imzalanmasından əvvəl mətbuat qarşısında çıxış edən ABŞ dövlət katibi Antoni Blinken bu sazişin iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinə yol açdığını vurğulayıb.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə iki ölkə arasında münasibətlərin bu səviyyəyə çatması ilə bağlı bildirib ki, ABŞ-nin Cənubi Qafqaz regionunda davamlı və qalıcı sülhün təşviqinə verdiyi töhfəni yüksək qiymətləndirir.

Maraqlıdır ki, Ermənistan özüqnü həm regionda sülhün bərqərar olması üçün çalışdığını göstərir, digər tərəfdən, Azərbaycanın təkliflərini belə qəbul etməkdən imtina edir. Bu halda söhbət hansı sülhdən gedir?

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistanın istəyi yenidən Azərbaycan torpaqları hesabına həyat məkanını genişləndirməkdən və burada hökmranlıq etməkdən ibarətdir.

Onun sözlərinə görə, müasir dövrdə yalnız bir-iki dövlət sülhə hazır deyil və bu hazırsızlıq özlərinə və başqalarına problemlər yaradır. Müsahibimiz qeyd edib ki, ötən əsrin hadisələrini nəzərə alsaq, ermənilər Qafqaz bölgəsinə köçürüləndən sonra regionda məhz qaşıdurma meylləri, nifrət siyasəti hakim olub:

“Bunun acısını ən çox yaşayan Azərbaycan xalqıdır. Onlar həm bizim torpaqlarımızda dövlət yaratdılar, həm də azərbaycanlıları sıxışdırıb çıxartmaq istədilər. Ona görə də Ermənistanın sülhə hazırlığı ümumiyyətlə, yoxdur. Bütün hallarda ölkə başçısı İlham Əliyevin dediyi kimi, heç vaxt icazə verilməyəcək ki, ikinci erməni dövləti yaradılsın".

Ermənistanın sülh adı altında ciddi cəhdlə silahlandığını vurğulayan T.Abbasovun fikrincə, ermənilərin bölgədəki təyinatı dinc həyatın bərqərar olmamasından ibarətdir.

"ABŞ-nin biabır olmuş demokrat adminstrasiyası hakimiyyətdən getdiyi vaxtda Ermənistanla saziş imzalamaqla, göstərmək istəyir ki, guya məramı Qafqaza sülh və sabitlik gətirməkdir. Xeyr! Xarici qüvvələr regiona dağıdıcı potensial gətirirlər. Ermənistan bölgəyə kənar qüvvələrin gətirilməsinə çalışır. Əgər Ermənistan 6 ölkənin bölgənin problemlərini öz səyləri və bacarıqları ilə həll etmək istəyirsə, niyə görə xarici qüvvələri bölgəyə gətirmək istəyir?! Çünki o qüvvələr bölgəyə Ermənistan üçün gəlmir və özlərinin şəxsi maraqları var. Həmin qüvvələrin öz maraqlarını reallaşdırması üçün bölgədə qarşıdurma və gərginlik yaratması təbiidir. Ermənistan xarici qüvvələrə qətiyyən lazım deyil. Onlara Ermənistanın ərazisi lazımdır", - deyə müsahibimiz bildirib.

Tofiq Abbasov: O qüvvələr bölgəyə Ermənistan üçün gəlmir və özlərinin şəxsi maraqları var

Politoloq hesab edir ki, Ermənistan sülh istəyi altında beynəlxalq ictimaiyyətin fikrini yayındırır və üçüncü qlobal müharibə üçün platformalar yaradır:

"Ermənistan elə bir həyat tərzi seçməlidir ki, sakit həyatını yaşasın. Ermənistanın ABŞ və Fransadan yapışmasında məqsədləri başqadır. Bu məsələdə erməni havadarlar da təqsirkardırlar. Onlar Ermənistanın oyuncaq və alət olduğunu başa düşürlər. Bütün hallarda Azərbaycan bu məsələdə ayıq-sayıqlığını itirmir. Azərbaycan gözəl başa düşür ki, Ermənistan iki və üçbaşlı oyunlar oynayır. Əgər Ermənistan qırmızı xəttə keçərsə, ölkə başçısının dediyi kimi, Azərbaycan lazımi vaxtda cavabını verəcək. Ermənistan sabit, aram danışıq tərzini anlamırlar və onunla yalnız sərt dildə danışmaq lazımdır. Azərbaycanın özünü qoruya biləcək gücü, biliyi, strateji resursu və güclü ordusu var. Odur ki, Ermənistan öz siyasətinə ciddi dəyişikliklər etməlidir".

Qeyd edək ki, Vaşinqton və İrəvan Ermənistanda birgə hərbi təlimlər keçirir və ölkələr arasında bir neçə ticarət və investisiya sazişi imzalanıb.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Yanvar 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri