Ermənistan tələdən çıxmayıb, yeni risk zonasına keçib Politoloq | Icma.az
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Ən əsası iqtisadi göstəricilər deyil, ən əsası odur ki, biz Ermənistanı geosiyasi tələdən çıxarmışıq".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
"Biz Ermənistanı çıxılmaz vəziyyətdən çıxarmışıq, onu elə bir yerə çatdırmışıq ki, Ermənistan üçün bütün istiqamətlərdə perspektivlər açılıb və Ermənistan xalqı öz suveren iradəsi ilə hansı inkişaf istiqamətini və baxışını qəbul edəcəyinə qərar verə bilər", - deyə o qeyd edib.
Paşinyanın Ermənistanı “geosiyasi tələdən çıxarmaq” ifadəsini necə qiymətləndirmək olar?
Redaktor.az-ın sualına cavab olaraq siyasi şərhçi Tural İsmayılov bildirdi ki, Paşinyanın “Ermənistanı geosiyasi tələdən çıxarmışıq” ifadəsi ilk növbədə siyasi özünütəsdiq ritorikasıdır və daha çox daxili auditoriyaya hesablanıb.
Onun sözlərinə görə, burada söhbət real vəziyyətdən çox, hakimiyyətin cəmiyyətə verdiyi “biz əvvəlki dövrün yanlış kursunu qırdıq” mesajından gedir: "Paşinyan bu tezislə faktiki olaraq əvvəlki Rusiyaya tam təhlükəsizlik, iqtisadi və hərbi asılılıq üzərində qurulmuş xətti “tələ” kimi təqdim edir və öz qərbyönlü, balans axtaran siyasətini “xilas yolu” kimi göstərir.
Lakin regional və qlobal reallıqlara baxanda, Ermənistanın geosiyasi mənzərədə tələdən çıxmaqdan çox, yeni risklər zonasına keçdiyi görünür.
Tam oxu
Xəbəri oxu