Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Ermənistan tələdən çıxmayıb, yeni risk zonasına keçib Politoloq

Ermənistan tələdən çıxmayıb, yeni risk zonasına keçib Politoloq

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ən əsası iqtisadi göstəricilər deyil, ən əsası odur ki, biz Ermənistanı geosiyasi tələdən çıxarmışıq". Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. 

"Biz Ermənistanı çıxılmaz vəziyyətdən çıxarmışıq, onu elə bir yerə çatdırmışıq ki, Ermənistan üçün bütün istiqamətlərdə perspektivlər açılıb və Ermənistan xalqı öz suveren iradəsi ilə hansı inkişaf istiqamətini və baxışını qəbul edəcəyinə qərar verə bilər", - deyə o qeyd edib.

Paşinyanın Ermənistanı “geosiyasi tələdən çıxarmaq” ifadəsini necə qiymətləndirmək olar?

Redaktor.az-ın sualına cavab olaraq siyasi şərhçi Tural İsmayılov bildirdi ki, Paşinyanın “Ermənistanı geosiyasi tələdən çıxarmışıq” ifadəsi ilk növbədə siyasi özünütəsdiq ritorikasıdır və daha çox daxili auditoriyaya hesablanıb.

Onun sözlərinə görə, burada söhbət real vəziyyətdən çox, hakimiyyətin cəmiyyətə verdiyi “biz əvvəlki dövrün yanlış kursunu qırdıq” mesajından gedir:

"Paşinyan bu tezislə faktiki olaraq əvvəlki Rusiyaya tam təhlükəsizlik, iqtisadi və hərbi asılılıq üzərində qurulmuş xətti “tələ” kimi təqdim edir və öz qərbyönlü, balans axtaran siyasətini “xilas yolu” kimi göstərir. Lakin regional və qlobal reallıqlara baxanda, Ermənistanın geosiyasi mənzərədə tələdən çıxmaqdan çox, yeni risklər zonasına keçdiyi görünür. Çünki Ermənistan təhlükəsizlik baxımından hələ də real alternativ əldə etməyib. Rusiya ilə münasibətlər korlanıb, faktiki olaraq İrəvan üçün funksionallığını itirib, Qərb isə Ermənistana konkret təhlükəsizlik zəmanəti vermir. ABŞ və Aİ siyasi dəstək göstərsə də, bu dəstək real hərbi-siyasi təminat səviyyəsinə qalxmır. Bu isə o deməkdir ki, Ermənistan klassik mənada “təhlükəsizlik vakuumu”na düşüb. Paşinyanın “bütün istiqamətlərdə perspektivlər açılıb” fikri də praktik baxımdan mübahisəlidir".

Siyasi şərhçi qeyd etdi ki, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri hələ də münaqişə sonrası mərhələnin ən həssas nöqtəsindədir:

"Sərhədlər bağlıdır, kommunikasiyalar açılmayıb, sülh sazişi imzalanmayıb. Regional tranzit layihələrində Ermənistan iştirak etmir, böyük nəqliyyat və enerji marşrutlarının kənarında qalır. Bu şəraitdə “bütün istiqamətlərdə perspektiv” ifadəsi daha çox arzu səviyyəsində olan bir iddiadır. Paşinyanın “xalq öz suveren iradəsi ilə inkişaf istiqamətini seçir” vurğusu isə bir növ geosiyasi məsuliyyəti xalqın üzərinə ötürmək cəhdidir. Əslində real seçim manevr imkanları ilə ölçülür. Ermənistanın iqtisadiyyatı zəif, enerji təhlükəsizliyi xaricə bağlı, ordusu müharibədən sonra ciddi şəkildə zəifləyib. Bu şərtlərdə “azad seçim” daha çox məhdud çərçivədə baş verən manevrə bənzəyir, tam strateji azadlığa yox. Ən diqqətçəkən məqam isə Paşinyanın “iqtisadi göstəricilər əsas deyil” deməsidir. Bu ifadə dolayısı ilə onu göstərir ki, iqtisadi blokda ciddi problemlər var və hökumət bu problemləri ikinci plana keçirməyə çalışır. Halbuki geosiyasi müstəqillik iddiasının real dayağı məhz güclü iqtisadiyyatdır. Zəif iqtisadi əsas üzərində qurulan “geosiyasi çıxış” adətən uzunömürlü olmur".

Tural İsmayılovun sözlərinə görə, Paşinyanın “geosiyasi tələdən çıxmışıq” tezisi daha çox siyasi imic formalaşdırmaq məqsədi daşıyır.

"Reallıqda isə Ermənistan köhnə asılılıqlardan tam qurtulmadan yeni asılılıq riskləri ilə üz-üzədir, təhlükəsizlik zəmanətləri qeyri-müəyyəndir, regional kommunikasiyalardan kənardadır və sülh prosesində həlledici üstün mövqeyə sahib deyil".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see184

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see158

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see149

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see147

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see140

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri