Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Rüstəm Qaraxanlı yazır...
ABŞ və dünya dövlətlərinin hökumətlərinə analitik xidmətlər göstərən "RAND" araşdırma mərkəzinin ekspertləri hesab edirlər ki, Ermənistan Rusiyanın təzyiqləri altında qalarsa, Vaşinqton ona kömək etməyəcək.
"ABŞ, Azərbaycanın təhdidləri qarşısında Ermənistana dəstək verə bilməyəcək, ancaq bunu edə bilərdi" başlıqlı analitik hesabatda qeyd olunur ki, Ağ evdə Ermənistanla Azərbaycan arasındakı mümkün müharibə mövzusu da aktual deyil.
Təqribən eyni qənaətə rəsmi Vaşinqtona məsləhətlər verən "Council on Foreign Relations"ın (CFR) analitikləri də gəliblər.
CFR-də hesab edirlər ki, hazırda dünyada 28 potensial münaqişə ocağı var və onlardan yalnız 18-i Tramp hakimiyyəti üçün bu və ya digər mənada maraq kəsb edə bilər.
Ermənistan-Azərbaycan münasibətləri Vaşinqtondakı yeni administrasiyanın ümumiyyətlə, gündəmində deyil.
Qarşıdakı ən azı 4 ildə Ağ ev hətta Türkiyə ilə Suriya ərazisindəki kürd terrorçu təşkilatların qarşıdurmasına belə önəm verməyəcək.
Tramp Baydendən fərqli olaraq Suriyanı Ankaranın təsir dairəsi kimi qəbul edir.