Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Ermənistan Türkiyə və Azərbaycanın nəzarətinə keçir?

Ermənistan Türkiyə və Azərbaycanın nəzarətinə keçir?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rüstəm Qaraxanlı yazır...

ABŞ və dünya dövlətlərinin hökumətlərinə analitik xidmətlər göstərən "RAND" araşdırma mərkəzinin ekspertləri hesab edirlər ki, Ermənistan Rusiyanın təzyiqləri altında qalarsa, Vaşinqton ona kömək etməyəcək. "ABŞ, Azərbaycanın təhdidləri qarşısında Ermənistana dəstək verə bilməyəcək, ancaq bunu edə bilərdi" başlıqlı analitik hesabatda qeyd olunur ki, Ağ evdə Ermənistanla Azərbaycan arasındakı mümkün müharibə mövzusu da aktual deyil.

Təqribən eyni qənaətə rəsmi Vaşinqtona məsləhətlər verən "Council on Foreign Relations"ın (CFR) analitikləri də gəliblər. CFR-də hesab edirlər ki, hazırda dünyada 28 potensial münaqişə ocağı var və onlardan yalnız 18-i Tramp hakimiyyəti üçün bu və ya digər mənada maraq kəsb edə bilər. Ermənistan-Azərbaycan münasibətləri Vaşinqtondakı yeni administrasiyanın ümumiyyətlə, gündəmində deyil. Qarşıdakı ən azı 4 ildə Ağ ev hətta Türkiyə ilə Suriya ərazisindəki kürd terrorçu təşkilatların qarşıdurmasına belə önəm verməyəcək. Tramp Baydendən fərqli olaraq Suriyanı Ankaranın təsir dairəsi kimi qəbul edir. Cənubi Qafqaza gəldikdə isə CFR-dəkilər Gürcüstanda mümkün gərginliyi aktual hesab edirlər, ancaq Ermənistanla Azərbaycan arasındakı "potensial müharibə"yə önəm vermirlər.

Rəsmi İrəvanın ötən həftə Avropa İttifaqı üzvlüyünə doğru real tədbirlərə start verməsi bu kontekstdə ziddiyyətli təəssürat yaradır. Ermənistan hökuməti üzvlük prosesini tənzimləyəcək qanun layihəsini bəyəndikdən sonra müzakirə üçün parlamentə göndərib. Qanunverici orqanda hakim partiyanın qanunların qəbulu üçün lazım olan üstünlüyə malik olması bu təşəbbüsün müxalifətin dirənişinə baxmayaraq, ciddi maneə görməyəcəyini deməyə əsas verir. Belə olduğu halda, Paşinyan hökumətinin Qərbə dönüşünü parlamentar səviyyədə qanuniləşdirməsi Vaşinqtonun bölgəyə münasibətdə soyuması fonunda tələskənlik deyilmi?

İrəvanın Qərb simpatiyasını qanunverici prosesə daşıması ruslarla yalnız ikiəsrlik izdivaca xəyanət deyil. Aİ üzvlüyünə qədəm qoyulması mövcud iqtisadi əlaqələrin pozulması və iqtisadiyyatın sıfırdan qurulması deməkdir. İrəvanın bu təşəbbüsünün ağrılı fəsadları xəbərə dərhal reaksiya verən Moskvanın gələcəyi apokaliptik təsvirindən görünür. Rusiyanın baş nazirinin müavini Overçukun sözlərinə görə, Ermənistan Aİ-ni seçirsə, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı ilə (oxu: Rusiya ilə) münasibətlərini dəfn edə bilər. Overçuk xəbərdar edib ki, İrəvanın Rusiyadan üz döndərib Avropaya yön alması Ermənistan ixracatının 70-80 faiz azalması, enerjidaşıyıcıları və ərzaq qiymətlərinin isə artması deməkdir. İrəvanın geosiyasi himayədarı Fransa ilə ticarət dövriyyəsi 200 milyon dollara çatmır. Amerika ilə də bir o qədər. Rusiya ilə isə 11 milyard həddindədir. İkinci ən iri iqtisadi tərəfdaş BƏƏ-dir. Ərəb Əmirlikliyi ilə ticarətdə də Rusiya faktoru var - onlardan alınan qiymətli daşlar Ermənistan üzərindən ərəblərə satılır.

Rusiya mediasında Paşinyanın bu gedişini yaranacaq sosial-iqtisadi problemlər müstəvisində "Titanik"ə alınmış bilet hesab edirlər. Eks-prezident, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev ermənilərin aqibətini Ukraynaya eyham vuraraq daha tünd rənglərlə təsvir edib: "Erməni rəhbərləri Aİ-ə birbaşa müraciət edə bilərlər, orada namizədlərə pul və silahla cənnətə düşməyə kömək etməyi sevirlər".

Qərbi Avropanın Tramp qarşısında dizlərinin əsməsi, Aİ-nin əsas benefisiarı Makronun siyasi rəzaləti reallığında Paşinyanın bu addımını Ermənistanın hətta ən qatı anti-Rusiya qüvvələri də qorxu ilə izləyirlər. Ermənilərin yaşadıqları bütün bəlalarda Moskvanı suçlayan düşərgənin ən radikal qanadının təmsilçiləri, məsələn, intellektual faşist Hraçya Arzumanyan Paşinyana Trampın rəsmən səlahiyyətlərinə başlamasını gözləməyi məsləhət bilir. Geosiyasi rüzgarları duymağa xüsusi qabiliyyəti olan xalqın nümayəndəsi hesab edir ki, Trampın bölgəmizlə bağlı praktiki siyasətini görüb, sonra qərar qəbul etmək lazımdır. Başqa sözlə, ermənilərin düşünən beyinləri İrƏvanın "U" dönüşünü edib Moskvanın farvaterinə dönmək məcburiyyətində qalmasını da istisna etmirlər.

Tramp qarşıdakı illərdə hakimiyyəti üçün Qrenlandiya, Venesuela və Panama istiqamətlərinin daha önəmli olacaqlarını artıq anons edib. Vaşinqton Yaxın Şərqi sanki Türkiyə və İsrailin öhdəsinə buraxıb. Arktikanın istismarı baxımından Qrenlandiyanın, iri neft rezervuarı kimi Venesuelanın, dünya ticarətinin nəbzini tutmaq üçün isə Panama kanalının ənənəvi münaqişə ocaqlarında qan tökməkdən daha rentabelli olduğunu hesab edən yeni administrasiyaya erməni kaprizləri kimi xırda başağrıları gərək deyil.

Paşinyanın bu reallığı dərk etmədiyini düşünmək sadəlövhlük olardı. Ələlxüsus da gələn ilə gözlənilən parlament seçkisi reallığında. Aİ-yə üzvlük prosesini və Minsk qrupunun buraxılmasına qarşı olmadığını elan edən "İcevan tülküsü" Rusiya ilə iqtisadi itkiləri Azərbaycanla sülh və Türkiyə ilə açıq sərhədlər vasitəsilə kompensasiya edə bilər. Onsuz da əvvəl-axır dünyaya açılmaq üçün yeganə yol budur. Rusiya ilə "paralel ixracat"ın ömrü isə qısadır. Avropa ilə ticarəti Türkiyə üzərindən qurmaq olar, enerji ehtiyaclarının ödənməsi üçün isə Azərbaycanın kəmərləri daha yaxındadır. Ermənistan yolayrıcındadır, ancaq Paşinyanın elan etdiyi layihə deyil, tarixin yolayrıcında. Tarixi məxsusluğu uzun müddət inkar etmək olmaz...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Yanvar 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see277

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see272

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see219

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see211

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see207

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see193

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see189

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see181

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see168

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see155

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see154

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see151

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see151

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see149

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see148

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see146

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see146

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri