Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmadan öz gələcəyini təmin e…
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 1 fevral, AZƏRTAC “Zəngəzur dəhlizinin açılması və Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa maneəsiz keçidin təmin edilməsi Ermənistanın öz üzərinə götürdüyü öhdəlikdir, bu öhdəlik yerinə yetirilməlidir”.Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov deyib.O, bildirib ki, Prezident İlham Əliyev tərəfindən beynəlxalq gündəliyə daxil edilən Zəngəzur dəhlizi layihəsi Azərbaycanın qərb rayonlarından Naxçıvana, yəni Azərbaycandan Azərbaycana maneəsiz keçidi özündə ehtiva edir: “Azərbaycandan Azərbaycana keçid heç bir yoxlamadan keçmədən, maneə ilə üzləşmədən rahat və azad şəkildə olmalıdır.
Ermənistan nəzərə almalıdır ki, bugünkü Ermənistan 1918-ci ildə Batumi konfransında əldə edilən razılığa görə, Azərbaycan torpağında yaradılıb və bu razılıq qarşılığında Ermənistan Azərbaycan və Türkiyə qarşısında üzərinə götürdüyü öhdəlikləri belə yerinə yetirməyib.
Qərbi Zəngəzur da 1920-ci ildə sovet hakimiyyəti tərəfindən qanunsuz və xalqın iradəsinə zidd olaraq Azərbaycandan alınıb Ermənistana verilib.
Sonrakı illərdə Moskva hökuməti tərəfindən qanunsuz olaraq Ermənistana verilən Azərbaycan torpaqları hesabına bu ölkənin ərazisi 9 min kvadrat kilometrdən 29,7 min kvadrat kilometrə çatdırılıb.
Bütün bunlar Rusiya tərəfindən Azərbaycan xalqına qarşı törədilən böyük cinayət nəticəsində gerçəkləşib”.“1920-ci il aprelin 27-də Azərbaycan Rusiya tərəfindən hərbi güc tətbiq etmək yolu ilə işğal edilərək sovetləşdirildiyindən 1907-ci il Haaqa Konvensiyasının “işğal zamanı suverenliyin işğalçı dövlətə keçməməsi” prinsipinə görə, sonrakı dövrdə Moskva hökuməti tərəfindən ərazilərimizin xalqın iradəsinə zidd olaraq Ermənistana verilməsi ilə bağlı qəbul edilən bütün qərarlar qanunsuzdur.
Sovet hakimiyyəti dövründə Ermənistana verilən Azərbaycan torpaqları üzərində suverenlik hüququ Moskva hökumətinə deyil, Azərbaycan xalqına məxsusdur.
Azərbaycan xalqı Qərbi Zəngəzur və digər torpaqlarının Ermənistana verilməsinə heç bir razılıq verməyib.
Tam oxu
Xəbəri oxu