Icma.az
close
up
RU
Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmadan öz gələcəyini təmin edə bilməz RƏY

Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmadan öz gələcəyini təmin edə bilməz RƏY

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 1 fevral, AZƏRTAC

“Zəngəzur dəhlizinin açılması və Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa maneəsiz keçidin təmin edilməsi Ermənistanın öz üzərinə götürdüyü öhdəlikdir, bu öhdəlik yerinə yetirilməlidir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov deyib.

O, bildirib ki, Prezident İlham Əliyev tərəfindən beynəlxalq gündəliyə daxil edilən Zəngəzur dəhlizi layihəsi Azərbaycanın qərb rayonlarından Naxçıvana, yəni Azərbaycandan Azərbaycana maneəsiz keçidi özündə ehtiva edir: “Azərbaycandan Azərbaycana keçid heç bir yoxlamadan keçmədən, maneə ilə üzləşmədən rahat və azad şəkildə olmalıdır. Ermənistan nəzərə almalıdır ki, bugünkü Ermənistan 1918-ci ildə Batumi konfransında əldə edilən razılığa görə, Azərbaycan torpağında yaradılıb və bu razılıq qarşılığında Ermənistan Azərbaycan və Türkiyə qarşısında üzərinə götürdüyü öhdəlikləri belə yerinə yetirməyib. Qərbi Zəngəzur da 1920-ci ildə sovet hakimiyyəti tərəfindən qanunsuz və xalqın iradəsinə zidd olaraq Azərbaycandan alınıb Ermənistana verilib. Sonrakı illərdə Moskva hökuməti tərəfindən qanunsuz olaraq Ermənistana verilən Azərbaycan torpaqları hesabına bu ölkənin ərazisi 9 min kvadrat kilometrdən 29,7 min kvadrat kilometrə çatdırılıb. Bütün bunlar Rusiya tərəfindən Azərbaycan xalqına qarşı törədilən böyük cinayət nəticəsində gerçəkləşib”.

“1920-ci il aprelin 27-də Azərbaycan Rusiya tərəfindən hərbi güc tətbiq etmək yolu ilə işğal edilərək sovetləşdirildiyindən 1907-ci il Haaqa Konvensiyasının “işğal zamanı suverenliyin işğalçı dövlətə keçməməsi” prinsipinə görə, sonrakı dövrdə Moskva hökuməti tərəfindən ərazilərimizin xalqın iradəsinə zidd olaraq Ermənistana verilməsi ilə bağlı qəbul edilən bütün qərarlar qanunsuzdur. Sovet hakimiyyəti dövründə Ermənistana verilən Azərbaycan torpaqları üzərində suverenlik hüququ Moskva hökumətinə deyil, Azərbaycan xalqına məxsusdur. Azərbaycan xalqı Qərbi Zəngəzur və digər torpaqlarının Ermənistana verilməsinə heç bir razılıq verməyib. Əksinə, bu məsələdə xalqa qarşı zor tətbiq edilib və onun müqaviməti qırılıb”, - deyə deputat əlavə edib.

V.Qafarovun sözlərinə görə, Azərbaycandan Azərbaycana maneəsiz və azad keçidi özündə ehtiva edən Zəngəzur dəhlizi layihəsinin reallaşması sovet hakimiyyəti illərində xalqımıza qarşı həyata keçirilən böyük ədalətsizliyin və cinayətin ağır nəticələrinin aradan qaldırılması yönündə mühüm bir addım olacaq: “Eyni zamanda, bu addım Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına, torpaqlarımızda yaradılan Ermənistana “kupça” verilməsinə və onun legitimliyinin qəbul edilməsinə, həmçinin Ermənistanın dalandan çıxarılmasına və kommunikasiyaların açılmasına gətirib çıxaracaq. Bu baş vermədiyi təqdirdə Ermənistan “kupça”sız və qeyri-legitim ərazi kimi bütün kommunikasiya xətlərindən kənar dalan olaraq qalacaq. Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmadan öz gələcəyini təmin edə bilməz. Buna görə də Ermənistan Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışan dövlətlərin əlində bir alətə çevrilmək siyasətindən əl çəkməli, öz gələcəyini düşünməli, reallığı qəbul etməli və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Fevral 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri