“Ermənistan üçün ”NATO çətiri qurulur iddiası rəylər | Icma.az
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı “Erməni elitasının məsuliyyətsiz davranışı ucbatından Ermənistanın arsenalına daxil olan Fransanın hava hücumundan müdafiə sistemləri mülki avialaynerlər üçün təhlükə yaratmağa qadirdir”.
Bunu rusiyalı politoloq İqor Korotçenko “Moskva-Bakı”ya müsahibəsində deyib (Axar.az).
“Ümumiyyətlə, Ermənistan üzərində Qərb texnologiyalarına əsaslanan, müvafiq sistemli məlumat ötürmə vasitələri ilə NATO hava hücumundan müdafiə bölməsinin yerləşdirilməsinin regionun təhlükəsizliyinə təhdid olduğu aydındır.
Qərbin hava hücumundan müdafiə çətiri Ermənistanda yerləşdirildikdən sonra İrəvanda istənilən an xarici hərbi bazaların, regiondankənar oyunçuların - Fransanın, ola bilsin ki, AB-nin bazalarının quraşdırılmasını görə bilərik.
Bunun üçün maddi baza hazırlanır. Qərbin hərbi mövcudluğu üçün ən vacib şərt Ermənistan üzərində Qərbin hava hücumundan müdafiə ”çətiri"dir.
Ona görə də bütün bunlar mərhələ-mərhələ həyata keçiriləcək", - Korotçenko bildirib.
Bəs NATO-nun mühüm üzvü Türkiyə bu prosesə necə baxacaq? Alyansın Ermənistan üzərində “müdafiə çətiri” yaratması Ankarasız mümkünmü?
Tam oxu
Xəbəri oxu