Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

“Ermənistan üçün ”NATO çətiri qurulur iddiası rəylər

“Ermənistan üçün ”NATO çətiri qurulur iddiası rəylər

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı

“Erməni elitasının məsuliyyətsiz davranışı ucbatından Ermənistanın arsenalına daxil olan Fransanın hava hücumundan müdafiə sistemləri mülki avialaynerlər üçün təhlükə yaratmağa qadirdir”.

Bunu rusiyalı politoloq İqor Korotçenko “Moskva-Bakı”ya müsahibəsində deyib (Axar.az). “Ümumiyyətlə, Ermənistan üzərində Qərb texnologiyalarına əsaslanan, müvafiq sistemli məlumat ötürmə vasitələri ilə NATO hava hücumundan müdafiə bölməsinin yerləşdirilməsinin regionun təhlükəsizliyinə təhdid olduğu aydındır. Qərbin hava hücumundan müdafiə çətiri Ermənistanda yerləşdirildikdən sonra İrəvanda istənilən an xarici hərbi bazaların, regiondankənar oyunçuların - Fransanın, ola bilsin ki, AB-nin bazalarının quraşdırılmasını görə bilərik. Bunun üçün maddi baza hazırlanır. Qərbin hərbi mövcudluğu üçün ən vacib şərt Ermənistan üzərində Qərbin hava hücumundan müdafiə ”çətiri"dir. Ona görə də bütün bunlar mərhələ-mərhələ həyata keçiriləcək", - Korotçenko bildirib.

Bəs NATO-nun mühüm üzvü Türkiyə bu prosesə necə baxacaq? Alyansın Ermənistan üzərində “müdafiə çətiri” yaratması Ankarasız mümkünmü? Fransanın hava hücumundan müdafiə sistemləri mülki təyyarələrə gerçəkdənmi təhlükə yarada bilər?

Onu da qeyd edək ki, məlumatlara görə, AB-nin sərhəddəki yarımhərbi missiyası iki ildir Türkiyə ərazisi üzərində də casusluq fəaliyyəti ilə məşğuldur. Üstəlik də, NATO “çətiri”? Mümkünmü?

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə, son zamanlar dünyada hava hücumundan müdafiə sisteminin mükəmməl olması vacib amillərdən birinə çevrilib: “Son bir neçə ildə müharibələr - həm Dağlıq Qarabağda, həm də yaxın ərazilərdə, xüsusən Rusiya-Ukrayna müharibəsi bunun əhəmiyyətini bir daha göstərdi. Biz şahid olduq ki, hava hücumundan müdafiə sistemləri müasir dövrdə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Hazırda NATO dövlətləri, Avropa Birliyi və ümumiyyətlə, Türk dünyası bu sahədə sistemlərin gücləndirilməsi istiqamətində müxtəlif addımlar atmaqdadır. Bildiyimiz kimi, Ermənistanın hava hücumundan müdafiə sistemi 44 günlük müharibəsindən sonra təxminən 30-35% nisbətində qorunub saxlanılmışdır. Çünki əsas arsenalı keçmişdə Qarabağ ərazisində yerləşirdi və Azərbaycan ordusu bu arsenalı məhv etdi. Bu gün Ermənistan həm hücum, həm də müdafiə silahları əldə etməyə çalışır. Əsasən Fransadan hava hücumundan müdafiə sistemlərini təmin edir. Hava hücumundan müdafiə sistemi mövcuddur, lakin vurğulanmalıdır ki, bu sistemin tamamilə özünəməxsus və müstəqil olmadığı qeyd edilir.

Rusiyada Su-35 qırıcılarının müəyyən etmə sistemləri mövcuddur. Yəni bizim arsenalda olanlar, həm özümüz istehsal etdiyimiz, həm də digər dövlətlərdən əldə etdiyimiz arsenallar, özgəninki və dost-düşmən tanıma funksiyasına malikdir. Eyni zamanda, düşünürəm ki, Ermənistan silahlı qüvvələrində də bu cür imkanlar mövcuddur. Lakin Fransadan alınan hava hücumundan müdafiə sistemlərinin hansı gücə malik olduğu barədə məlumatım məhduddur. Hər halda, Korotçenko bunu araşdırıb və müəyyən nəticələr əsasında açıqlama verə bilər. Əlbəttə, Ermənistanın əldə edəcəyi müdafiə sistemi mülki aviasiya üçün də, həm də də digər hava hədəflərinə qarşı hansısa bir təhlükə təşkil edə bilər. Ermənistanın belə güclü silahlanması və hərbi büdcəsinin artırılması prosesi aparılır. Ermənistanın hərbi büdcəsi 2025-ci ilə qədər 1,7 milyard dollara çatdırılacaq. Bu da yalnız 30 minlik ordunun saxlanması deyil, həmçinin daha güclü silahların əldə edilməsini nəzərdə tutur. ABŞ-ın onu dəstəkləməsi burada böyük əhəmiyyət daşıyır.

Həm Rusiya, Fransa, həm Hindistan, həm də digər dövlətlərlə Ermənistan birbaşa sazişlər imzalayır və müxtəlif silahlar, o cümlədən hücum və müdafiə xarakterli silahlar əldə edir. Əlbəttə, Ermənistan yalnız Azərbaycanla deyil, həmçinin Türkiyə, İran və Gürcüstanla sərhədə malikdir. Bu səbəbdən, Ermənistanın bu silahları həmin dövlətlər üçün də təhlükə yarada bilər. Xüsusilə, hava hücumundan müdafiə sistemlərinin digər istiqamətlərə yönəldilməsi həmin dövlətlərin hava məkanına qarşı təhlükə təşkil edə bilər.

Eyni zamanda, o müşahidə missiyası əvvəlcə razılaşmaya əsasən 60-70 nəfərdən ibarət olmalı idi, lakin hazırda onların sayı 3-4 dəfə artırılıb. Bu müşahidəçilər təkcə Azərbaycanın sərhəd bölgələrində deyil, həm də İran və Türkiyə sərhədlərində müşahidələr aparırlar. Türkiyə isə NATO üzvü olmaqla yanaşı, həm də öz müstəqil hərbi siyasətini həyata keçirir və bu istiqamətdə addımlar atır. Hesab edirəm ki, Türkiyə dövləti bu vəziyyətdən məlumatlıdır və gələcəkdə də bu məsələlərə xüsusi diqqət göstərəcək. Ermənistan isə həmişə Türkiyəyə və Azərbaycan dövlətinə qarşı düşmənçilik siyasəti yürütməkdə davam edir".

Ekspert vurğuladı ki, bu gün Ermənistanın hərbiləşdirilməsi onu gələcəkdə Azərbaycanla sülh müqaviləsi bağlamaqdan yayınmağa cürətləndirir: “Görünən odur ki, Paşinyan hakimiyyəti hələ də 44 günlük müharibədən nəticə çıxarmayıb və gələcəkdə ərazi iddiaları ilə Azərbaycana qarşı hər hansı bir təxribat törədə və addımlar ata bilər. Gələcəkdə, xüsusilə Rusiyanın zəifləməsi baş verdiyi təqdirdə, bu təhlükənin artacağı ehtimal olunur.

NATO dövlətlərinin, yəni ABŞ-ın, Fransanın və digər NATO dövlətlərinin hərbi bazalarının Ermənistan ərazisində yerləşdirilməsi mümkündür və belə bir addım ata bilərlər. Hazırda ABŞ hərbçiləri Ermənistan Müdafiə Nazirliyində müəyyən ordu quruculuğu istiqamətində işlər görürlər. Təlimlərə gətirdikləri silahların böyük bir hissəsini isə Ermənistan ərazisində saxlayırlar. Bu fakt hər kəsə məlumdur və yəqin ki, bizim Müdafiə Nazirliyimiz də bu istiqamətdə onların addımlarını diqqətlə izləyir. Güman edirəm ki, Avropa Birliyinin sərhəddəki yarımhərbi missiyası hər nə olursa olsun öz fəaliyyətini dayandırmalıdır.

Təkcə Türkiyə deyil, həmçinin bizim qonşumuz İran dövləti də bu məsələyə diqqət yetirməlidir. Bu, təkcə Azərbaycan və Türkiyə üçün deyil, İran üçün də bir təhlükədir. Bilirik ki, İran ilə Avropa Birliyi və Birləşmiş Ştatlar arasında müəyyən gərginliklər mövcuddur. Bu gərginlik isə eyni zamanda İran üçün də bir təhdid yaradır. Ermənistanın özünə NATO çətiri yaratması İran və Rusiyanı daha çox narahat etməlidir. Rusiya və İran Ermənistanın Korotçenkonun dediyi hava hücumundan müdafiə sistemlərinə malik olmasının qarşısını almalıdır".

Mütəllim Rəhimov

Siyasi şərhçi Mütəllim Rəhimov isə bildirdi ki, Ermənistan indi də regionda pozuculuq fəaliyyətini tamamilə fərqli bir formada həyata keçirir. Sanki bu ölkə mütləq kimlərinsə əlaltısı funksiyasını yerinə yetirməyə məhkumdur. Rusiyadan qopmağa çalışan Ermənistan, hazırda Qərbə yönəlik siyasət aparır və Qərbin diktəsi ilə oturub durmağa çalışır. Eyni zamanda Qərbin müdafiəsini təmin etməklə region üçün təhlükə yaradır: “Hazırda hava məkanında Fransanın müdafiə sistemini tətbiq etməklə qonşuları üçün ciddi narahatlıq yaradıb. Bu müdafiə sistemləri hərbi obyektlərlə yanaşı mülki təyyarələri də izləmək imkanına malikdir. Bu isə o deməkdir ki, faktiki olaraq Fransa Ermənistan üzərindən keçən istənilən hava gəmisinə nəzarət edə bilir. Onlarda nə daşındığı haqda anındaca məlumatlar toplayır. Bu çox ciddi faktordur. Üstəlik, hava hücumundan müdafiə sistemlərinin NATO-ya inteqrasiya olunması regional tarazlığın pozulmasına gətirib çıxarır. Bu Rusiya üçün cənubdan təhdid deməkdir. Azərbaycan üçün isə işğalçı Ermənistanın ruhlandırilması və hərbi baxımdan dəstəklənməsi anlamına gəlir. Ermənistan üçün müdafiə çətirinin yaradılmasında ən çətin vəziyyətdə Türkiyə qalır. NATO-nun nizamnaməsinə əsasən Alyansın bütün üzvləri onun məlumatlarından istifadə etmək hüququna malikdir. Amma bu Ankaranı tamamilə qane edə bilməz. Çünki Fransanın bütün məlumatları Türkiyə ilə bölüşəcəyinə heç bir qarantiya yoxdur. Qərbdə də deyildiyi kimi NATO ”beyin ölümü" keçirib. Son vaxtlar NATO üzvü olan Qərb ölkələrinin bəzilərinin Türkiyəyə münasibəti də səmimi deyil və kifayət qədər hiss edilən gərginlik yaşanır. Buraya Yunanıstan, Fransa və s. aid edilə bilər. Ona görə də indi əsas məsələ Ankaranın mövqeyidir".

Ekspert qeyd etdi ki, Ermənistanın bu oyunları Türkiyə üçün hər hansı bir təhdid yaradacaqsa Ankara buna qarşı çox sərt mövqe nümayiş etdirəcək. Ermənistan üzərindən həmişə Türkiyəyə qarşı oyunlar qurulub, xüsusilə uydurma erməni genosidi məsələsində. Yenə də Ermənistanın boş dayanmadığı gorünür. Bu dəfə tamamilə fərqli və daha təhlükəli səkildə. Təbii ki, bunun da cavabı daha sərt şəkildə verilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Dekabr 2024 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see248

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see202

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see163

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see155

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see139

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri