Ermənistan və İran TŞ katibləri kommunikasiyaların açılmasını müzakirə edib

17.07.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iranlı həmkarı Əli Əkbər Əhmədianla telefon danışığı aparıb.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, Əli Əkbər Əhmədian regionda kommunikasiyaların açılması ilə bağlı Ermənistanın mövqeyini bir daha dəstəkləyib.

Qriqoryan İrəvanın mövqeyinin dəyişməzliyini vurğulayaraq bildirib ki, dəhlizlər keçdikləri ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri əsasında fəaliyyət göstərməlidir.

Telefon danışığı zamanı Ermənistan-İran gündəliyi və təhlükəsizlik məsələlərinə də toxunulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью