Ermənistan və İran TŞ katibləri kommunikasiyaların açılmasını müzakirə edib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iranlı həmkarı Əli Əkbər Əhmədianla telefon danışığı aparıb.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, Əli Əkbər Əhmədian regionda kommunikasiyaların açılması ilə bağlı Ermənistanın mövqeyini bir daha dəstəkləyib.
Qriqoryan İrəvanın mövqeyinin dəyişməzliyini vurğulayaraq bildirib ki, dəhlizlər keçdikləri ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri əsasında fəaliyyət göstərməlidir.
Telefon danışığı zamanı Ermənistan-İran gündəliyi və təhlükəsizlik məsələlərinə də toxunulub.

Ermənistan və ABŞ kommunikasiyaların açılmasını müzakirə edir
04 Sentyabr 2025 18:18
Mirzoyan: “Ermənistan kommunikasiyaların açılmasını istəyir”
03 Oktyabr 2025 12:34
Ermənistan və Rusiya rəsmiləri regional kommunikasiyaların açılmasını müzakirə ediblər
20 Avqust 2025 19:08
Nazirlər regionda kommunikasiyaların açılmasını müzakirə edib YENİLƏNİB
24 Fevral 2025 17:03
İran və Ermənistan liderləri Zəngəzur dəhlizini müzakirə edib
11 Avqust 2025 17:15

