Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytından “Xarici Siyasət” səhifəsi yoxa çıxıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə politoloq Eduard Abrahamyan özünün “Facebook” səhifəsində paylaşım edib.
Bununla da veb-səhifədən keçmiş Qarabağ münaqişəsinin həlli, Ermənistanın “Dağlıq Qarabağ” və Rusiya ilə müttəfiqliyinə dair materiallar da silinib.
Onun sözlərinə görə, orada xarici siyasətin əsas məqsədlərindən biri kimi “Artsax” xalqının öz müqəddəratını təyin etmək hüququna əsaslanan Qarabağ məsələsinin dinc və ədalətli həlli qeyd olunubmuş:
“Qeyd edilirdi ki, “Dağlıq Qarabağ” münaqişəsinin həlli aşağıdakı prinsiplərə əsaslanacaq: münaqişənin həlli üçün əsas “Dağlıq Qarabağ” xalqının öz müqəddəratını təyin etmək hüququ tanınmalıdır, eləcə də “Dağlıq Qarabağ Respublikası” Ermənistan tərəfinin yurisdiksiyası altında Ermənistanla fasiləsiz quru əlaqəsinə malik olmalıdır, həmçinin “Dağlıq Qarabağ” Respublikasının təhlükəsizliyi beynəlxalq səviyyədə təmin edilməlidir. “Artsax” münaqişəsinin bütün tərəfləri arasında razılaşma bütün məsələlərin həllini və bu nizamlanmanın həyata keçirilməsini təmin edən mexanizmləri vahid paketə daxil etməlidir”, - deyə Abrahamyan bildirib.
Bundan başqa, veb-səhifədə politoloq Ermənistanın iki xalq arasındakı ənənəvi əlaqələrə əsaslanaraq Rusiya ilə xüsusi strateji tərəfdaşlığını və müttəfiqlik münasibətlərini gücləndirməyə və dərinləşdirməyə çalışdığı qeyd edilibmiş.
“Ermənistan həmçinin, ABŞ ilə dostluq tərəfdaşlığının inkişafına və dərinləşdirilməsinə, əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir.
Ermənistanın xarici siyasət prioritetlərindən biri Avropa strukturları və təşkilatları ilə əməkdaşlıq yolu ilə ortaq dəyərlərə və götürülmüş öhdəliklərə əsaslanan Avropa ailəsi ilə yaxınlaşmaqdır.
Ermənistan qonşu dövlətlərlə normal münasibətlərin qorunmasına böyük əhəmiyyət verir. Ermənistan regionda açıq sərhədlər və tərəfdaşlıq əsasında münasibətlərin qurulmasının tərəfdarıdır və buna nail olmağa çalışır, həmişə sağlam və real dialoqa hazırdır”, - deyə “Xarici Siyasət” bölümündə yazılıbmış. Lakin bu material da silinib.
Ermənistan Xarici İşlər Nazirliyi səhifənin mətnin silinməsi ilə bağlı mediaya hələlik heç bir şərh verməyib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin