Icma.az
close
up
RU
Ermənistan XİN “Artsax və Rusiyanı sildi

Ermənistan XİN “Artsax və Rusiyanı sildi

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytından “Xarici Siyasət” səhifəsi yoxa çıxıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə politoloq Eduard Abrahamyan özünün “Facebook” səhifəsində paylaşım edib. 

Bununla da veb-səhifədən keçmiş Qarabağ münaqişəsinin həlli, Ermənistanın “Dağlıq Qarabağ” və Rusiya ilə müttəfiqliyinə dair materiallar da silinib.
Onun sözlərinə görə, orada xarici siyasətin əsas məqsədlərindən biri kimi “Artsax” xalqının öz müqəddəratını təyin etmək hüququna əsaslanan Qarabağ məsələsinin dinc və ədalətli həlli qeyd olunubmuş:

“Qeyd edilirdi ki, “Dağlıq Qarabağ” münaqişəsinin həlli aşağıdakı prinsiplərə əsaslanacaq: münaqişənin həlli üçün əsas “Dağlıq Qarabağ” xalqının öz müqəddəratını təyin etmək hüququ tanınmalıdır, eləcə də “Dağlıq Qarabağ Respublikası” Ermənistan tərəfinin yurisdiksiyası altında Ermənistanla fasiləsiz quru əlaqəsinə malik olmalıdır, həmçinin “Dağlıq Qarabağ” Respublikasının təhlükəsizliyi beynəlxalq səviyyədə təmin edilməlidir. “Artsax” münaqişəsinin bütün tərəfləri arasında razılaşma bütün məsələlərin həllini və bu nizamlanmanın həyata keçirilməsini təmin edən mexanizmləri vahid paketə daxil etməlidir”, - deyə Abrahamyan bildirib.

Bundan başqa, veb-səhifədə politoloq Ermənistanın iki xalq arasındakı ənənəvi əlaqələrə əsaslanaraq Rusiya ilə xüsusi strateji tərəfdaşlığını və müttəfiqlik münasibətlərini gücləndirməyə və dərinləşdirməyə çalışdığı qeyd edilibmiş. 

“Ermənistan həmçinin, ABŞ ilə dostluq tərəfdaşlığının inkişafına və dərinləşdirilməsinə, əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir.
Ermənistanın xarici siyasət prioritetlərindən biri Avropa strukturları və təşkilatları ilə əməkdaşlıq yolu ilə ortaq dəyərlərə və götürülmüş öhdəliklərə əsaslanan Avropa ailəsi ilə yaxınlaşmaqdır.

Ermənistan qonşu dövlətlərlə normal münasibətlərin qorunmasına böyük əhəmiyyət verir. Ermənistan regionda açıq sərhədlər və tərəfdaşlıq əsasında münasibətlərin qurulmasının tərəfdarıdır və buna nail olmağa çalışır, həmişə sağlam və real dialoqa hazırdır”, - deyə “Xarici Siyasət” bölümündə yazılıbmış. Lakin bu material da silinib.

Ermənistan Xarici İşlər Nazirliyi səhifənin mətnin silinməsi ilə bağlı mediaya hələlik heç bir şərh verməyib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Oktyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri