Ermənistan Xocalı qətliamına görə üzr istəyəcək? AÇIQLAMA | Icma.az
Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Bu gün Xocalı soyqırımının törədilməsindən 33 il ötür.
1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc Azərbaycan əhalisinə qarşı törədilmiş qətliam tarixin ən dəhşətli faciələrindən biri kimi yadda qalıb.
Lakin ötən illər ərzində nə Ermənistan hakimiyyəti, nə də erməni cəmiyyəti bu qətliama görə üzr istəyib.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Kazım Kazımov hesab edir ki, Ermənistanın Xocalı faciəsinə görə üzr istəməsi üçün ilk növbədə sülhə hazır olması vacibdir, lakin hazırkı vəziyyətdə bunun real olmadığı görünür.
Onun sözlərinə görə, Ermənistan cəmiyyətində, eləcə də ölkənin iqtidarında və müxalifətində revanşist meyillər hələ də güclüdür.
“Onların Konstitusiyalarında da, siyasətçilərin nitqlərində də açıq şəkildə görürük ki, hələ də Azərbaycana qarşı nifrət var və Azərbaycanın ərazi bütövlüyünü tanımamaq istəyi qalır.
Ermənistan yenə də Azərbaycanla sülh müqaviləsi imzalamaqdan çəkinir.
O ki qaldı Xocalı faciəsinə dair həqiqətləri qəbul etmələrinə, mən hesab edirəm ki, bu, yaxın illərdə mümkün görünmür.
Tam oxu
Xəbəri oxu